Metroların açılmasını tələb edirik!

Kampanya metni

Son zamanlar, bəzi təhsil ocaqlarının açılmasının təsiri ilə avtobuslarda da artan sıxlıq bizi narahat edir. Bu səbəb ilə metroların açılmasını tələb edirik. Əgər metrolar pandemiya səbəbi ilə açılmırsa, burada məntiqə uyğunsuzluq var. Hal-hazırda fəaliyyət göstərən yeganə ictimai nəqliyyat vasitələri avtobuslar və taksilərdir. Gündəlik təqribən 500 min insanın daşınmasında aktiv şəkildə iştirak edən metronun bağlı qalması, təbii olaraq avtobuslarda sıxlıqların yaranmasına zəmin yaradır. Hal-hazırda ictimai nəqliyyatdan ən çox istifadə edən əhali qrupunun tələbələr olduğunu nəzərə alsaq, bu yolverilməzdir. Bu situasiyada tələbələr hər nə qədər qorunsalar da, nəinki "sosial" heç bir məsafənin olmaması hər kəsi yoluxma riski ilə qarşı-qarşıya qoyur. Həmçinin tələbələr daha sonra bu infeksiyanı daha böyük arealda da yoluxdura bilərlər. Məsələyə digər tərəfdən yanaşsaq, bu vəziyyət dəyəri qızılla müqayisə olunan vaxtın itirilməsinə səbəb olur. Sıxlıqla bağlı olaraq özlərini qorumağa çalışan hər kəs nəticə etibarı ilə dayanacaqlarda gözləməli olurlar. Bu da dayanacaqlarda sıxlığa və vaxt itkisinə səbəb olur. Tələbələr olaraq hesab edirik ki, vəziyyətin yüngülləşdirilməsi üçün metronun açılması vacib amildir. Metro yalnız risk qrupunda olmayan əhali qrupları ilə açılsa və burda gigiyenik qaydalara əməl edilsə, sosial məsafə gözlənilsə, günlük yoluxma sayında da ciddi bir dəyişiklik olmaz.

Bu kampanya 880 destekçiye ulaştı

Karar Vericiler

Operativ Qərargah
Operativ Qərargah
Nəqliyyat, Rabiyə və Yüksək Texnologiyalar Nazirliyi

Bakı Metropoliteni QSC
Bakı Metropoliteni QSC

Kampanya güncellemeleri

Bu kampanyayı paylaş

Kampanya 20 Şubat 2021 tarihinde başlatıldı