Elgün İbrahimov üçün Ədalət Tələb Edirik – Gənclərə Qarşı Zorakılığa Son!

Kampanya metni

Bu kampaniya, atasız böyüyən, anasına və kiçik qardaşına baxmaq üçün çalışan, 17 yaşlı Elgün İbrahimovun xatirəsinə həsr olunub. O, Gəncə şəhərində vəhşicəsinə döyülüb, daha sonra üzərindən avtomobil sürülərək qətlə yetirilib.

Elgün səssizcə yoxa çıxan minlərlə gəncdən biri olmamalıdır. Bu vəhşilik yalnız bir gəncin yox, bütün bir xalqın vicdanında açılmış dərin yaradır. Artıq susmayacağıq!

Şəkildə Elgünün balaca qardaşı onun məzarı başında necə sarsıldığını açıq şəkildə göstərir. Bu görüntü bizə yalnız bir insanı deyil, ümidi, ədaləti və insanlığı xatırladır.

Elgünün yaşadığı ağrı təkcə onun deyil – bu, hər birimizin başına gələ biləcək bir faciədir. Mən də Elgün kimi həyat dolu, arzuları olan bir gəncəm. Hər an başqa bir gənc də eyni acı sonla qarşılaşa bilər. Əgər hələ də susmağa davam etsək, bu zülm dövrü davam edəcək.

Mən inanıram ki, ədalət yalnız məhkəmə salonlarında yox, küçədə, məktəbdə, qəlbimizdə və vicdanımızda da təmin olunmalıdır.
Gənclərin ölümlərinə daha laqeyd qala bilmərik. Biz Elgünün səsi olmalıyıq.

Bu ədalətsizliyə qarşı susma!
Zəhmət olmasa, ədalətə qovuşması və gənclərə qarşı zorakılığın dayandırılması üçün bu dilekçəni imzala!

TƏLƏBİMİZ:

Biz, bu dilekçəyə imza atanlar olaraq, Elgün İbrahimovun qətli ilə bağlı tam və şəffaf istintaq aparılmasını, məsul şəxslərin qanun qarşısında cavab verməsini və bu cür zorakılıqların qarşısını almaq üçün Gəncədə və bütün Azərbaycanda konkret addımlar atılmasını tələb edirik.

Bu hadisə bir daha təkrarlanmamalıdır. Gənclər qorxuyla deyil, ümidlə yaşamalıdır. Elgün üçün ədalət, gənclik üçün təhlükəsizlik istəyirik.

#ElgünəƏdalət
#ElgünÜçünSusma
#Elgünİbrahimov
#Ədalətİstəyirik
#BizElgünüUnutmadıq
#GəncəHadisəsi
#StopYouthViolence
#ElgunIbrahimov
#NoMoreSilence

avatar of the starter
Murad .Kampanyayı Başlatan Kişi

4

Karar Vericiler

Azərbaycan Uşaq və Gənclər Təşkilatları İttifaqı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Gəncə Şəhər Polis İdarəsi
Gəncə Şəhər Polis İdarəsi
Daxili İşlər Nazirliyi (DİN)
Daxili İşlər Nazirliyi (DİN)
Azərbaycan Respublikası Baş Prokurorluğu

Kampanya güncellemeleri