Malların sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsi qərarına yenidən baxılsın!

0 kişi imzaladı. Hedefimiz 35.000.


Biz Azərbaycan Respublikasının vətəndaşları Nazirlər Kabinetinin 305 saylı qərarında edilən dəyişikliklərə etirazımızı bildirir və qəbul edilən qərarın ləğv edilməsini tələb edirik!

Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərar nə mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir.

“Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” var.

Bugünlərdə həmin qaydalara dəyişiklik edilib. Biz son iki ildə, xüsusilə pandemiya ilə əlaqədar son yarım ildə adət etmişik ki, dövlətin iqtisadiyyatla bağlı islahatları liberal xarakter daşıyır.

Yəni XXI əsrdə, internet yüzilliyində, sərhədlərin açıq və şəffaf olduğu bir dövrdə dövlətin əsas məqsədi bu şəraitdən istifadə edən sahibkarlar və vətəndaşlara maksimum iqtisadi azadlıqlar verməkdən ibarətdir. Yetər ki, fəaliyyətin qanuni olsun və vergini ödəyəsən. Son dəyişikliklərdə isə biz bunun tam əksini görürük”. Əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb.

“Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır”.

“Görəsən, Dövlət Gömrük Komitəsi bu cür təkliflər irəli sürəndə hansı “mötəbər” informasiyaya, iqtisadi təhlillərə əsaslanır, dövlət büdcəsinə nə qədər əhəmiyyətli əlavə rüsum toplamaqla töhfə verəcəyini düşünür?” Hesab edək ki, “iqtisadiyyatın faktiki dayandığı bir dövrdə, dövlətin işləməyən vətəndaşların və zərər görmüş sahibkarların yükünü öz üzərinə götürüb dövlət büdcəsindən vəsait xərclədiyi zamanda, öz gəlirlərinin azaldığı reallıqda ümidini bir parça çörəyə bağlamış vətəndaş üçün yaradılan, onsuz da yersiz olan məhdudiyyət heç bir məntiqə sığmır”.

Dəyişikliklərə əsasən, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Halbuki indiyə qədər bu məbləğ 1000 ABŞ dolları idi. Hələ üstünə üstlük vətəndaşın 30 gün müddətində 1 dəfə mal idxal hüququ yaranır. Təsəvvür edirsiniz mi, vətəndaş ayda 1 dəfə bağlama gətirə bilər. Bağlamanın dəyəri 1 ABŞ dollar olsa belə 300 ABŞ dollarına bərabər tutulur. Vətəndaşın 30 gün ərzində Azərbaycana gətirilən ikinci bağlamasından artıq rüsum tələb olunacaq.

“Güzəşt birdən-birə 3 dəfə azaldılıb. Bunun bir izahı var görəsən? Açığı, biz bu dəyişiklikləri düşünənləri başa düşməkdə çətinlik çəkirəm. Görəsən, onların alış-veriş nöqtələrindən xəbərləri varmı? Ölkədə iri ticarət mərkəzləri bağlıdır. Fərdi qaydada işləyən mağazalara girsəniz, tutaq ki, geyim biznesi ilə məşğul olanlara, - görəcəksiniz ki, mövsümə aid bir dənə olsun yeni nümunə yoxdur. Həm də mağazalarda qiymətlər od tutub yanır.

Payız qapıdadır, satılan isə yay mallarıdır. İnsanlar bu səbəbdən üz tutublar onlayn sifarişə. Həm istədikləri tərzdə, həm də mövsümə görə sifarişlərini edirlər. İndi təqribən 500 manatdan yuxarı məbləğdə sifarişlərinə rüsum ödəməlidirlər. Bizim fikrimizcə, bu qərar çox ciddi yanlışlıqdır”. Vətəndaş heç “dünyanın düz vaxtında” gömrük qaydalarından razı deyildi, indi isə narazılıq artacaq.

Bu dəyişikliyin müəllifləri gedib daşıyıcı şirkətlərin ofislərinin önündə durub, gecə saat 1-dək növbədə dayanan vətəndaşları müşahidə etsələr, gerçək vəziyyət barədə daha çox məlumat toplaya bilərlər:

“Biz burada imza edən Azərbaycan Vətəndaşları bu absurd dəyişikliyi Milli Məclisdə mütləq qaldırılmasını və yenidən baxılmasını tələb edirik. Bu dəyişiklik belə bir çətin dövrdə dövlətimizin iqtisadi siyasətinə, cənab Prezidentin müəllifi olduğu çoxşaxəli islahatların ruhuna ziddir. Bizim fikrimizcə bu məsələyə yenidən və ədalətlə baxılmalıdır. Artıq sosial şəbəkələrdə bu yeni qərarla bağlı ciddi müzakirələr gedir və vətəndaşlar tərəfindən haqlı narazılıqlar səslənir”.

Bu dəyişikliklər bir vaxtlar meşələrdən meyvə, giləmeyvə, göbələk və sair yığımlarına görə vətəndaşların haqq ödəməsi kimi qəbul olunan və sonradan ləğv edilən absurd qərarla müqayisə edərək ümid edir ki, gömrüklə bağlı yeni qərar qüvvəyə minmədən ləğv ediləcək.