Fantaziya hamamını məhv olmaqdan xilas edək!

The Issue

Bakının "neft bumu" dövrünün klassik memarlıq incilərindən olan "Fantaziya" hamamı məhv olmaq təhlükəsi ilə üz-üzədir...

Tikintisi 1896-cı ildə başa çatan və açılışı 1897də baş tutan və layihə müəllifi Alman memarı Nikolay Avqust von der Nonne olan "Fantaziya" hamamı məhv olmaq təhlükəsi ilə üz-üzədir. 

Hamamın tarixi haqqında:

Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində yerləşən «Fantaziya» hamamı 1896-cı ildə tikilib, 13 yanvar 1897-ci ildə fəaliyyətə başlamışdır.  “Fantaziya” hamamının açılışı ilə əlaqədar  “Kaspi” qəzetində pafoslu məqalə də yazılmışdı. Məqalənin müəllifi deyirdi ki, sərmayədarlar qoyulan vəsaiti çıxara biləcəklər, çünki “Fantaziya” çox möhkəm və dəbdəbə ilə tikilmişdir. Bu, Bakıda elektrik enerjisi ilə təchiz olunmuş ilk ticarət binası və öz telefon nömrəsinə sahib ilk hamam idi. Hamamın içi yalnız mərmərlə üzlənmişdir. Tək parça mərmərdən hazırlanmış kiçik hovuzlar (vannalar) bu günə qədər binada qalmışdır. İnteryerdə hələ də bir çox tavan bəzəkləri qalır - mələklər, Yunan tanrıları, Şərq və Roma üslublarında tavan rəsmləri və s. Hamam 1920-ci ildə bağlanmışdır. Binada hərbi xəstəxana yerləşirdi, sonra isə bina məktəbə çevrildi. 1930-cu illərin əvvəllərində bina yenidən hamama çevrildi. Sovet vaxtında bir saatlıq abunə 1 manata başa gəlirdi. 2016-cı ilin sonunda hamam bağlandı.

Mövcud vəziyyət:

Təəssüflər olsun ki, dövlətimiz tərəfindən tarixi memarlıq abidəsi kimi qeydiyyatda olmağına baxmayaraq (Qorunan Memarlıq Abidələri Siyahısının 145-ci səhifəsindəki 3731 nömrəli yazı) binaya hələ də lazım olan diqqət ayrılmamışdır. Uzun illərdir bərpa-təmir işlərinə möhtac qalmış hamamın bir hissəsi dağılmış, fasadında yer alan elementlərin bir çoxu zədələnmiş, qarşısı zibillik ərazisi kimi istifadə olunduğu üçün qeyri-sanitar vəziyyət yaranmışdır. Binanın eksteryerində dərin aşınmalar və dağıntılar mövcuddur, həmçinin son illər ərzində divarlar vandalizmə məruz qalmışdır. Bundan əlavə binanın ətrafında tikilmiş plansız yaşayış binaları memarlıq-urbanistika qaydalarını kobud şəkildə pozaraq tarixi əhəmiyyətli hamamın kompozisiya həllinə əhəmiyyətli dərəcədə xələl gətirmişdir.

Biz nə edə bilərik?

Lakin Bakımızın "Fantaziya"-sını xilas etmək üçün hələ də gec deyil! Abidənin gələcək nəsillərə mədəniyyətimizin bir parçası kimi ötürülməsi üçün təcili surətdə bərpa-konservasiya işlərinə start verilməlidir. Lazımi diqqət ayrılmadan keçək hər dəqiqə hamam kompleksində konservasiya işlərinin effektiv şəkildə görünməsini daha çətinləşdirir. Lazımi tədbirlər vaxtında görülmədiyi təqdirdə Bakımızın bir tarixi səhifəsini daha itirmək reallığı ilə üz-üzə qalacağıq. Hər birimiz çalışmalıyıq ki, bu önəmli hərəkatda iştirak edərək aidiyyatı qurumlara səsimizi çatdıra bilək! 

İnanırıq ki, daim ölkəmizin tarixi abidələrinin qorunmasına xüsusi diqqət və qayğısını ayıran Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Birinci Xanım Mehriban Əliyeva bu əhəmiyyətli və zərif memarlıq incisinin də gözəl Bakımıza qaytarılmasında dəstəyini göstərəcəkdir!

avatar of the starter
Tariximizi qoruyaq!Petition StarterInstagram: @morefuzzy
This petition had 1,069 supporters

The Decision Makers

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva

Petition Updates

Share this petition

Petition created on April 26, 2021