TƏLƏBƏLƏR İMTAHANSIZ NÖVBƏTİ KURSA KEÇİRİLSİN !

TƏLƏBƏLƏR İMTAHANSIZ NÖVBƏTİ KURSA KEÇİRİLSİN !
Bu kampanya neden önemli?
Hər kəsə məlum olduğu kimi mövcud vəziyyətə görə vətəndaşların müəyyən problemləri və çətinlikləri vardır.Bu Petisiyanın yaranması səbəbi isə bizim gələcəyimiz olan tələbələrdir.
Hal-hazırda tələbələr “tətil”də olsalar da, bu onlara psixoloji təsir göstərir.Məlum səbəblərdən dərslər tələbələrə bir müddətdir ki online şəkildə tədris olunur.Lakin online təhsillə yaşadığımız ilk və bunun üçün tam şəraitin olmaması tələbələri sarsıdır. “İnternetim yoxdur”,”meqabaytla girirəm”, “rayondayam,setimiz zəifdi” tipli cümlələrlə son zaman çox rastlaşırıq.Hətta bəzilərinin meqabayt ala bilməsi üçün vəsait yoxdur. Nəticədə tələbələrin müəyyən faizi dərsə girmədən,digərləri isə dərslərdən lazımi effekt almadan imtahan verməli olur. Habelə qəbul imtahanında keçirilməyən mövzular salınmır. Ali müəssisələrin semestr imtahanı da qəbul imtahanlarının ciddiliyindən geri qalmır.İndiki halda isə tələbələr universitetə qəbul olarkən əyani təhsil seçirlər,qiyabi təhsillə isə imtahan verməli olurlar.
Sözümüz ondadır ki, tələbələrin vəziyyəti nəzərə alınsın və onlara bu semestr bağışlanılsın və tələbələr imtahansız növbəti kursa keçirilsin.