Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin bərpa edilməsini xahiş edirik

0 kişi imzaladı. Hedefimiz 1.500.


Martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq olunduğu üçün karantindən əvvəlki dönəmdə Bakı-Naxçıvan-Bakı aviareysi vasitəsilə öz yaşayış və iş yerini müvəqqəti tərk etmiş yüzlərlə insan çarəsiz durumda qalıb.

Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL mart ayının 24-dən etibarən Bakı-Naxçıvan-Bakı istiqamətində reysləri dayandırıb. Həmin müddətdən sonra həftədə 1 dəfə olmaqla 2 fərqli tarixdə (27 mart, 4 aprel) Bakı-Naxçıvan-Bakı reysləri təşkil olunub.

Sonuncu uçuşdan sonra müraciətimizi ünvanladığımız bügunki - 9 iyun tarixinədək bu istiqamətdə sərnişin aviareysi fəaliyyət göstərməyib.

Aradan keçən 57 günlük müddətdə bir çox günəmuzdlu çalışan işini itirib, fərdi sahibkarlar öz fəaliyyətində zəifləyib, özəl və dövlət sektorundakı işçilər isə tez-tez müdiriyyətdən işə qayıtmaq haqda qəti tapşırıq alıb, ölkə başçısının pandemiya dönəmində vətəndaşlara təminatına zidd olsa da bəzi işçilərin müqaviləsinə xitam verilib, yaxud aylıq maaşları ödənilməyib.

Bu qədər çətinliklər fonunda yaşayış yerini dəyişənlər mənəvi, iş yerində problemlər yaşayanlar isə maddi sıxıntılarla üzləşib.

İyunun 1-dən dövlət işlərində fəaliyyətin 100 faiz işçi ilə bərpasından sonra isə şirkət rəhbərləri, eləcə də dövlət müəssisələrindəki rəhbərlərin 3 aya yaxındır işə gələ bilməyən işçilərin vəzifəsini vakant elan etmək imkanı yaranıb.

Göründüyü kimi bu məsələ budaqvari xarakterlidir. Xüsusi karantin rejimində iş yerindən uzaq qalan insanların öz vəzifəsini icra edə bilməməsi xidmət sahəsində bir çox problemlər yaradır.

Biz vətəndaşlar olaraq yaranmış durumu gözəl anlayırıq. Atılan addımların vətəndaşlara xidmət etdiyini başa düşürük.

Ancaq ölkə başçısının hər çıxışında vurğuladığı kimi biz hələ bir müddət bu virusla yaşamağı öyrənməliyik.

Bütün bunlara uyğun olaraq həyat şəraitimizin bərpası üçün səsimizi eşitməyinizi rica edirik. Biz öz yaşayış və iş yerimizə qayıtmaq istəyirik.

HÖRMƏTLƏ:
Xüsusi karantin rejimi dövründə Bakı-Naxçıvan-Bakı reysləri fəaliyyət göstərmədiyi üçün öz iş və yaşayış yerindən uzaq düşən vətəndaşlar