Məktəblərdə hicabla təhsil almaq hüququ təmin edilsin.
Das Problem
MƏKTƏBLƏRDƏ HİCABA QOYULAN MƏHDUDİYYƏTLƏRƏ QARŞIYAM
Şagirdlərin hicabla təhsil almaq hüququ təmin edilsin
Biz bu petisiyanı Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində hicablı şagirdlərin təhsil alma imkanlarının məhdudlaşdırılmasına qarşı mövqeyimizi ifadə etmək məqsədilə təqdim edirik.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalara dəyişiklik edilib.
Qərarda təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmədiyi göstərilir.
Biz hesab edirik ki, bu qaydaların tətbiqi şagirdlərin dini inancına uyğun hicab taxaraq təhsil almasına maneə yaratmamalıdır.
Məktəb uşağın təhsil aldığı, bilik və bacarıqlar qazandığı bir məkandır. Şagirdin geyimi ilə bağlı məsələlərin onun təhsildən kənarda qalmasına və ya dərslərə buraxılmamasına səbəb olmamasını istəyirik.
Tələblərimiz
Hicablı şagirdlərin ümumtəhsil məktəblərində təhsil alma imkanlarının təmin edilməsi;
Məktəb geyimi ilə bağlı qaydaların dini etiqadına uyğun hicab taxan şagirdlərin təhsildən kənarlaşdırılmasına səbəb olmayacaq şəkildə tətbiq edilməsi;
Heç bir şagirdin hicab taxdığına görə dərsə buraxılmaması, məktəbdən uzaqlaşdırılması və ya təhsil imkanlarının məhdudlaşdırılması ilə üzləşməməsi;
Təhsil müəssisələrində şagirdlərin ləyaqətinə, dini etiqadına və təhsil alma imkanlarına hörmət edilməsinin təmin olunması.
Bu petisiya vasitəsilə aidiyyəti dövlət qurumlarından məsələni nəzərdən keçirmələrini və məktəbli qızların hicabla təhsil alma imkanlarının təmin olunması üçün müvafiq addımlar atmalarını tələb edirik.
Petisiyanın ünvanlandığı qurumlar:
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Petisiyaya qoşulan şəxslər:
“Məktəblərdə hicablı şagirdlərin təhsil alma imkanlarının məhdudlaşdırılmasına razı deyiləm və onların hicabla təhsil alma imkanlarının təmin edilməsini istəyirəm.”

61

Kommentare von Unterstützer*innen
Neuigkeiten zur Petition
Diese Petition teilen
Petition am 28. September 2026 erstellt