Məktəblərdə hicabla təhsil almaq hüququ təmin edilsin.

94

Steigern wir das auf 100 Unterschriften!
Petitionen mit mehr als 1000 Unterstützern verbessern ihre Erfolgswahrscheinlichkeit um den Faktor 5!

Das Anliegen

MƏKTƏBLƏRDƏ HİCABA QOYULAN MƏHDUDİYYƏTLƏRƏ QARŞIYAM

Şagirdlərin hicabla təhsil almaq hüququ təmin edilsin
Biz bu petisiyanı Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində hicablı şagirdlərin təhsil alma imkanlarının məhdudlaşdırılmasına qarşı mövqeyimizi ifadə etmək məqsədilə təqdim edirik:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalara dəyişiklik edilib.
Qərarda təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin istifadəsinə yol verilməyəcəyi qeyd edilir.
Biz hesab edirik ki, bu qaydaların tətbiqi şagirdlərin dini inancına uyğun hicab taxaraq təhsil almasına mane olacaq.
Məktəb şagirdlərin təhsil aldığı, bilik və bacarıqlar qazandığı bir məkandır. 
Şagirdin geyimi ilə bağlı verilən qərarların nəticəsində təhsil hüququndan məhrum edilməsi yolverilməzdir.

TƏLƏBLƏRİMİZ:

Hicablı şagirdlərin ümumtəhsil məktəblərində təhsil alma imkanlarının təmin edilməsi;
Məktəbli geyimini tələb edilən qaydalara uyğunlaşdırmaq üçün hicab qadağan edilməsin;
Təhsil müəssisələrində şagirdlərin ləyaqətinə, dini etiqadına və təhsil alma imkanlarına hörmət edilsin;

 Bu petisiya vasitəsilə aidiyyəti dövlət qurumlarından məsələni nəzərdən keçirmələri və məktəbli qızların hicabla təhsil alma imkanlarının təmin olunması üçün müvafiq addımlar atmalarını tələb edirik.

Petisiyanın ünvanlandığı qurumlar:

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

 

 

avatar of the starter
Alik AslanovPetitionsstarterin/Petitionsstarter

Kommentare von Unterstützer*innen

Updates zur Petition