Məişət Zorakılığı ilə bağlı qanunvericilikdə dəyişikliklər təmin edilsin

0 kişi imzaladı. Hedefimiz 7.500.


Məişət zorakılığının hazırkı vəziyyəti:

Praktikada məişət zorakılığının mütləq əksəriyyətlə əsas qurbanı qadınlar olur. məişət zorakılığınına məruz qalan qadınlar daha çox yeniyetmə qızlar və gənc qadınlardır;
Qadınların Məişət zorakılığına  məruz qalması münfərid hal deyil, əksinə, mütəşəkkil (sistemli) səciyyə daşıyır. Statistika əksər halları ortaya qoymur; məişət zorakılığı sadəcə “əsəblərin qızmasının nəticəsi” deyil, Zorakılığın funksiyası var. Zorakılıq məqsədyönlü hərəkətdir. Zorakılıq vasitəsilə subyekt digər subyekti onun iradəsinə tabe olmağa məcbur etmək istəyir və ailə mübahisələrini, məişətdə dominantlığı bununla həyata keçirir;

“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” nədir?

Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilib və 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. İstanbul Konvensiyası özündə qadınlara qarşı zorakılıq barədə müddəaları, məişət zorakılığı qurbanlarının müdafiə yollarını, qabaqlayıcı tədbirləri, bu zorakılıqları törədənlərin məsuliyyətə cəlb edilməsini, milli qanunvericiliklərin səmərəli müdafiəni təşkil edəcək qədər təkmilləşdirilməsini və s. ehtiva edir. Avropa Şurası üzvlərindən yalnız Rusiya və Azərbaycan bu Konvensiyanı ratifikasiya etməyiblər. İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində ilk beynəlxalq hüquqi sənəddir. Həm də bu sənəd bəyanat deyil, konvensiyadır, yəni ratifikasiya edən dövlətlər üçün icrası məcburi öhdəliklər yaradır. Bu öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan qanunvericiliyində dəyişiklik etməli, məişət zorakılığı kriminalaşdırılmalı, qısnamaya görə məsuliyyət müəyyən olunmalı, qadın sığınacaqlarının təşkilinə qədər müxtəlif tədbirlər effektiv şəkildə görülməlidir.

Nəzərə alsaq ki, mövcud mühafizə sistemi işləmir, onda yeni mühafizə sisteminə ehtiyac var.
Bunun ən yaxşısı odur ki, mühafizə orderlərinin verilməsi səlahiyyəti tamamilə məhkəmələrə verilsin. Məhkəmələr ərizəçinin yalnız izahatı əsasında mühafizə orderi versinlər. Məhkəmələr belə müraciətlərə dərhal və növbədənkənar baxsınlar və qərarlar dərhal icraya yönəldilsin. Məhkəmələrin belə müraciətlərə baxması üçün ərazi aidiyyəti müəyyən edilməsin.
Məhkəmələr tərəfindən dərhal qüvvəyə minən mühafizə orderlərinin verilməsi polislərin zorakılığa məruz qalan qurbanları qoruması üçün vasitə olacaq. Çünki polis şəxslərin müraciətlərini “ailəvi problem” müstəvisində rədd edə bilər, lakin məhkəmə qərarları “dövlətin əmri” olduğu polis onları icra etməyə məcbur olacaq (intizam tənbehi qorxusu altında).
Məhkəmə sanksiyalı dərhal qüvvəyə minən mühafizə orderlərinin səmərəli sistem kimi işləməsi Məişət zorakılığından qaçmaq istəyən qurbanlar üçün stimul rolunu oynaya bilər və vətəndaş cəmiyyətinin inandırma strategiyası nəticəsində məruz qalan bir çox qadınlar zorakılıqdan qaça bilərlər.
Yeni mühafizə orderi sisteminin işləməsi üçün digər iki problem də həll edilməlidir ki, qadınlar zorakılıqdan qaçmaq riskinə girə bilsinlər: müvəqqəti sığınacaq və iqtisadi fürsət (iş imkanları).

Məişət zorakılığının həlli kompleks işlərdir. Bu həll üçün hər birimiz hərəkətə keçməliyik.