Onlayn Dələduzluq Qurbanlarının Hüquqlarının Müdafiəsi
Kampanya metni
Petisiya
AnyUnBoxing və digər onlayn maliyyə dələduzluqlarından zərər çəkmiş vətəndaşların hüquqlarının qorunması, dəymiş maddi ziyanın qanunvericiliyə uyğun qaydada bərpası imkanlarının araşdırılması və kibertəhlükəsizlik sahəsində preventiv tədbirlərin gücləndirilməsi barədə
Son illərdə internet üzərindən fəaliyyət göstərən müxtəlif platformalar vasitəsilə vətəndaşlara yüksək qazanc vəd edən maliyyə sxemləri geniş yayılmışdır. Bu cür platformaların bir qismi sonradan dələduzluq əlamətləri daşıdığı müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
AnyUnBoxing platforması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanılması və istintaqın aparılması göstərir ki, bu cür cinayətlər çoxsaylı vətəndaşlara maddi zərər vurur və cəmiyyət üçün ciddi təhlükə yaradır.
Biz, bu petisiyanı imzalayan Azərbaycan Respublikası vətəndaşları olaraq, dövlətimizin qanunlarına və hüquq-mühafizə orqanlarının fəaliyyətinə hörmətlə yanaşaraq aşağıdakı məsələlərə diqqət yetirilməsini xahiş edirik:
AnyUnBoxing işi üzrə istintaqın tam, obyektiv və hərtərəfli davam etdirilməsi;
Mümkün olan bütün zərərçəkmiş şəxslərin müəyyən edilməsi və onların hüquqlarının qorunması;
Cinayət yolu ilə əldə edilmiş əmlak və vəsaitlərin müəyyən edilərək qanunvericiliyə uyğun qaydada zərərçəkmiş şəxslərin hüquqlarının bərpası imkanlarının araşdırılması;
Vətəndaşların onlayn maliyyə dələduzluqlarından qorunması məqsədilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi;
Gələcəkdə oxşar halların qarşısının alınması üçün aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın və profilaktik tədbirlərin gücləndirilməsi.
Bu petisiya heç bir şəxsə və ya quruma qarşı əsassız ittiham məqsədi daşımır. Məqsədimiz yalnız qanun çərçivəsində zərərçəkmiş vətəndaşların hüquqlarının müdafiəsinə, istintaqın hərtərəfli aparılmasına və gələcəkdə oxşar halların qarşısının alınmasına ictimai dəstək göstərməkdir.

113

İmzacılar Ne Diyor?
Kampanya Güncellemeleri
Bu kampanyayı paylaş
Kampanya 10 Temmuz 2026 tarihinde başlatıldı