Heyvanların öldürülməsinə və qəddar rəftara qarşı cinayyət məsuliyyəti əlavə edilsin.

Heyvanların öldürülməsinə və qəddar rəftara qarşı cinayyət məsuliyyəti əlavə edilsin.

0 людей подписали. Следующая цель: 200
Когда эта петиция соберет 200 подписей, она вероятнее всего будет отображаться в подборке рекомендуемых петиций!
Лейла Мамедова создал(а) эту петицию, адресованную Milli Məclis и

 

Bu petisiyanın yaradılma səbəbi heyvan hüquqlarının qorunmasıdır. Heyvanların şiddətə məruz qalmalarına qarşı gücləndirilməsi,və bu səbəbdən də cinayət məcəlləsində heyvanların öldürülməsinə və onlarla qəddar rəftar olunmasına qarşı maddələrin əks olunmasına cağırışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası 2003-cü ildə heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulub və onu 2007-ci ildə ratifikasiya edib,2011-ci ildə “Heyvanların saxlanılması qaydaları haqqında” qanun qəbul edib,praktik real həyatımızda onların heç biri tətbiq olunmur. Günü-gündən heyvanlara qarşı zorakılıq arta-arta gedir.Hər gün heyvanlara qarşı törədilmiş yeni bir gəddarlıqla, öldürülmə ilə qarşılaşıram,və təəsüf ki, buna bir “DAYAN” deyən yoxdur. Dünən təkrar ayağı kəsilmiş bir it, bugün insanlar tərəfinnən zəhərlənmiş bir pişik gördüm,həftə ərzində tək Zaqatala ərazisində 60 sahibsiz it öldürülüb,və belə hadisələr hər gün təəsüf ki, təkrarlanır.
İnsanların çoxu,bəlkə də bilmir ki,heyvanların da hüquqları var, və onların hüquqlarının pozulmasınında bir cəzası var,belə ki,Azərbaycan Respublikasının “İnzibati Xətalar” Məcəlləsinin 129-cumaddəsinə əsasən : “
129.1. Heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə -
minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən qırx beş mislinədək miqdarda cərimə edilir.
129.2. Heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikası hüdudlarından kənara göndərilməsi, aparılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə -
minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.”
Gördüyünüz kimi,sadəcə olaraq kiçik bir cərimə ilə heyvanların öldürülməsinə,onların əziyyət çəkməsinə görə məsuliyyətə cəlb edilir və bu qanun haqqında çox az sayda insan məlumatlıdır. Sahibsiz heyvanlara qarşı olan ölkəmizdəki vəziyyət heç də ürəkaçan deyil.
Təklif edirəm,heyvanlara qarşı qəddar rəftar və heyvanların öldürülməsinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni bir maddə əlavə olunsun,inzibati məsuliyyət ilə yanaşı cinayət məsuliyyəti də tətbiq edilsin. Nəzərinizə çatdırmaq istəryirəm ki, bir çox ölkələrdə,Rusya Federasiyası(СМ 245-сi maddəsi), Fransa Respublikası(CM 521.1-ci maddə) və s., heyvanlara qarşı zorakiliq haqqında cinayət məsuliyyəti tətbiq olunur.
Ümid edirəm,bir çoxunuzun dəstəyi ilə arzuolunan nəticəyə çatacayıq.

0 людей подписали. Следующая цель: 200
Когда эта петиция соберет 200 подписей, она вероятнее всего будет отображаться в подборке рекомендуемых петиций!