Ədalət Üçün Səssiz Qalmırıq: Elgün İbrahimovun Ölümünə Şəffaf Araşdırma!

Kampanya metni
Elgün İbrahimovla bağlı aparılan istintaq keçdiyimiz gün artıq yekunlaşdı və Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş açıqlamada Elgün İbrahimovun yüksəklikdən yıxılaraq dünyasını dəyişdiyini, hər hansı kənar şəxsin müdaxilə etməyini açıqladı. Bundan əlavə Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarmışdır deyə də bildirdi. Yerli media tərəfindən Elgün İbrahimovun anası Fizzə Zeynalovadan alınan müsahibədə isə Elgün İbrahimovun telefonun polislər tərəfindən araşdırılma məqsədi ilə götürüldüyü bildirilib. Ailə üzvlərinin verdiyi məlumat və rəsmi açıqlama arasındakı ziddiyyətlər ictimai narahatlıq və aidiyyəti qurumlara olan etimadsızlığı artırır. Ortada cavabsız suallar, ziddiyyətli açıqlamalar və cəmiyyətdə güclənən inamsızlıq var. Bu səbəbdən, əvvəlki petisiyanın gedişini daha konkret və hüquqi əsaslara söykənən yeni bir petisiya ilə əvəz edib mübarizəmizə davam etməyə qərar verdik.
Yeni petisiyamızın məqsədi, istintaqın şəffaf aparılmaması ilə bağlı narahatlıqların aradan qaldırılması, sübutların ictimaiyyətə təqdim olunması və beynəlxalq diqqətin cəlb olunmasıdır. Biz sadəcə cavab yox, düzgün və dürüst cavab tələb edirik.
Bu petisiya aşağıdakı rəsmi qurumlara ünvanlanır:
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikasının Baş Prokurorluğu
Dövlət Təhlükəsizlik Xidməti
Gəncə Şəhər Baş Polis İdarəsi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman Aparatı)
Bu petisiya vasitəsilə Elgün İbrahimovun ölümünə dair sizdən aşağıda sadalanan məsələlərlə bağlı ictimaiyyətə rəsmi və şəffaf məlumat təqdim etməyinizi tələb edirik:
Hadisə yerindən kamera görüntülərinin (CCTV) açıqlanması;
Məhkəmə-tibbi ekspertiza rəylərinin təqdim olunması;
Elgünün ailəsi, dostları, yoldaşları və mümkün şahidlərin ifadələrinin araşdırılması və nəzərə alınması;
Hadisə zamanı polisə edilmiş zəng qeydləri və təcili tibbi yardım çağırışlarının təqdim olunması;
Ziddiyyət təşkil edən məsələləri açıq şəkildə ictimaiyyətə təqdim olunması.
Ədalətin bərpası üçün bu suallara açıq və ictimai əsaslandırılmış cavab verilməsini tələb edirik. Əks halda, cəmiyyət bu məsələni beynəlxalq platformalarda gündəmdə saxlayacaq.
Birlikdə, bu məsələni unutmağa imkan verməyəcəyik. Biz susmuruq. Biz ədalət istəyirik və bu yolda mübarizəyə davam edirik.
Gəlin birlikdə bu mübarizəni qazanaq. Atılan hər bir imza hər bir gəncin ədalət üçün atdığı böyük bir addımdır..
İndi sənin səsin vacibdir. İmza at, paylaş, ayağa qalx!
Elgünİbrahimov #Ədalətİstəyirik #SəssizQalma #GəncəCinayətiSusmayacağıq!
2.485

İmzacılar Ne Diyor?
Kampanya güncellemeleri
Bu kampanyayı paylaş
Kampanya 22 Mayıs 2025 tarihinde başlatıldı