2020 ildə Qəbul imtahanlarında güzəştlər tətbiq olunsun

Петиция закрыта

Эта петиция собрала 3 136 подписантов

Проблема

Covid-19 koronovirusla əlaqədar sosial izolyasiya tətbiq olunub, məktəblər bağlanıb, hazirlığlara icazə verilməyib, imtahanlar arası çox az vaxt olunması nəzərdə tutulur. Bu səbəblər abituriyentlərin imtahana hazırlanmasına çox mənfi təsir göstərir.  Bu səbəbdən Dövlət İmtahan Mərkəzinin rəhbərliyinən xahiş olunur yalnız bu il aşağıdıkı güzəştlər tətbiq olunsun:
1. Ali təhsil müəssisələrə minimal keçid balların müvafiq olaraq 200-dən 180 bala, 150-dən 130 bala aşağı salınsın. 
2. Blok imtahanlarında (qəbul imtahanın 2 mərhələsində) situasiya sualları qapalı tipli suallarla əvəz olunsun. Bu həmçinin imtahan nəticələrin tez elan olunmasının və apelasiyanın olmamısının nəticəsinə çıxarar.
3. Rus sektoru abituriyentləri üçün Azərbaycan dili imtahanı ləğv olunsun. Qəbul olan abituriyentlər onsuzda 1 kursda Azərbaycan dilini keçirlər və mütləq şəkildə imtahan verirlər. Onsuzda rus sektorun 90% abituriyentləri bu imtahanı rahat verirlər. Qalan 10% məcbur olub başqa ölkələrdə ödənişli təhsil alır. Bu da ölkədən valyutanın çıxarılmasına səbəb olur. Bunu eləmək mümkün olmasa, heç olmasa Azərbaycan dili üzrə Məqbul qiyməti düz cavabların 40% hesablansın.
İnanırıq ki, bizi eşidib xahişlərimizi müsbət cavablandırasınız.
Hörmətlə, 2019-2020 ilin abituriyentləri və onların valideynləri.

avatar of the starter
Novruz IsmayilovАвтор петиции

Новости этой петиции