Elşad Mirinin "İslamda yoxdur..." adlı kitabına qoyulan qadağa aradan qaldırılsın!

0 kişi imzaladı. Hedefimiz 1.000.


Azərbaycanda KİTAB QADAĞASI olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində ifadə azadlığı təminat altına alınmasına baxmayaraq ilahiyyatçı Elşad Mirinin fikir və söz azadlığı pozulub.

BMT-nin “MÜLKİ VƏ SİYASİ HÜQUQLAR HAQQINDA BEYNƏLXALQ PAKTın” 18-ci maddəsinə əsasən, hər bir şəxs fikir, vicdan və din azadlığı hüququna malikdir. 19-cu maddəsinə əsasən, "Hər bir insan öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. 

İlahiyyatçı Elşad Miri kitabına qoyulan qadağa ilə din və vicdan azadlığı hüququndan məhrum edilib.

“İslamda yoxdur...” adlı kitabın ərsəyə gəlməsində məqsəd şübhə kimi ortaya atılan bəzi məsələlərə aydınlıq gətirməkdir. Yaranan qarışıqlığın aradan qalxmasına çalışmaqdır. “İslamda yoxdur”un bu cildində bəhs olunan yeddi şübhəli mövzunun İslamda olmadığı göstərilir...

İslamda sehr, cadu varmı?

İslamda öIüyə Quran oxumaq varmı?

İslamda müvəqqəti evlilik, siğə varmı?

İslamda imtiyazlı qrup, seyyidlik varmı?

İslamda peyğəmbərlərin günahsızlığı varmı?

İslamda azyaşlıların ailə həyatı qurması varmı?

İslamda cənnətdə kişilərə veriləcək hurilər varmı?

Burada qeyd olunan bütün məlumatlar hər bir insanın etiraz etməli olduğu məsələlərdir. Kitabda bu mövzuların İslamda olmadığı elmi şəkildə izah olunur.



Bugün Elşad imzanı bekliyor!

Elşad Miri bu imza kampanyası için senin desteğini bekliyor: «chairman@scwra.gov.az: Elşad Mirinin "İslamda yoxdur..." adlı kitabına qoyulan qadağa aradan qaldırılsın!». Elşad ve imza atan diğer 530 kişiye katıl.