"Buzovna Qayalığını Xilas Et: Qanunsuz Tikililər Sökülsün, Qoruq Mühafizə Altına Alınsın!"

Проблема

Cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında, Bakı şəhəri İcra Hakimiyyəti 22 iyun 2022-ci il tarixində qoruq ərazisindəki qanunsuz tikililərin sökülməsi barədə qərar qəbul edib, xilasedici işlərə başlasa da, məmurların özbaşına müdaxiləsi nəticəsində bu iş yarımçıq dayandırıldı. Bu gün də 5 qanunsuz tikili Dövlət Təbiət Abidəsinin üzərində barbarlıq elementləri olaraq durmaqdadır. Ekoloji cinayətlərin hal-hazırda hökm sürdüyü bu vəziyyət - Təbiət Abidələri haqqında Azərbaycan Resublikası Konstitusiyasının və Azərbaycanın da üzv olduğu bir neçə Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulmasıdır!

Nazirlər Kabinetinin qərarı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 02.05.2024-cü il tarixli 01/S nömrəli Sərəncamına əsasən, Buzovna Qayalığı "Xüsusi Mühafizə Olunan Dövlət Təbiət Abidəsi" statusu əldə etmiş və Azərbaycan Respublikasının təbiət abidələrinin geoloji və paleontoloji obyektləri siyahısına daxil edilmişdir. Status alındığı gündən artıq 2 il keçməsinə baxmayaraq, qoruğun ərazisi, eləcə də onun xüsusi mühafizə rejimi qətiyyən təşkil edilməmişdir! Ərazidə qanunsuzluq və ekoloji cinayətlər davam etməkdədir!

Bu nə deməkdir?

  • Prezidentin sərəncamı tam icra edilməyib
  • Dövlət qoruğu hüquqi müdafiəsiz qalır
  • Nadir geoloji və paleontoloji abidələr məhv olmaq təhlükəsi ilə üz-üzədir
  • Qanun hamı üçün bərabər tətbiq edilmir
  • Qoruq ərazisində məmur özbaşnalığı və ekoloji cinayətlər hökm sürməkdədir

TƏLƏBLƏR:

 I. Qanunsuz Tikililərin Sökülməsi

Dövlət mülkiyyətində yerləşən Buzovna qayalığı qoruğunun abidələri üzərində hələ də mövcud olan 5 qanunsuz tikilinin mövcudluğuna dərhal xitam verilsin. Cənab Prezidentin Sərəncamına uyğun olaraq hər bir tikili qeyd-şərtsiz, tam olaraq sökülsün!

II. Cinayətkarların Məsuliyyətə Cəlb Edilməsi

Dövlət mülkiyyətini zəbt edərək, vandallıq yolu ilə Təbiət Abidələrinə ziyan vurmuş qanunsuz tikili sahibləri müəyyən edilsin və qanunun tələb etdiyi qaydada məsuliyyətə cəlb edilsin!

 III. Dövlət Məmurlarının Məsuliyyəti

Dövlətimizin səlahiyyətlərini sui-istidadə etməklə bilavasitə bu cinayətlərə rəvac vermiş, həmçinin Prezident Sərəncamının icrasına mane olmuş dövlət orqanları və vəzifəli şəxsləri öz hərəkətlərinə görə qanun qarşısında məsuliyyətə cəlb edilsin!

IV. Zərərin Təzmini

Qanunsuz tikili sahibləri tərəfindən dövlət mülkiyyətinə və təbiət abidələrinə vurulmuş maddi və ekoloji ziyan ekspert qiymətləndirməsi əsasında müəyyən edilsin və tam məbləğdə dövlətə ödənilsin!

 V. Təbiət Abidələrinin Mühafizəsi

Qoruq ərazisindəki təbiət abidələrinin təbii vəziyyətini pozan bütün amillər müəyyən edilərək aradan qaldırılsın. Abidələrin ilkin təbii halı bərpa edilsin və bu nadir təbiət irsi qorunub saxlanaraq gələcək nəsillərə ötürülsün!

Nəticə:
Buzovna Dənizkənarı qayalıqları Dövlət Təbiət Abidəsi — xalqımızın milyon illik təbiət irsidir, milli sərvət statusuna malik dövlət qoruğudur, gələcək nəsillərə mirasdır! Qanun hamı üçün eyni işləməlidir. Prezident sərəncamının yarımçıq icrası qəbuledilməzdir.

Biz bu petisiyanı imzalayaraq tələb edirik: Qanun işləsin! Ekoloji cinayətlərə son qoyulsun! Qoruq qorunsun!

AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLARI!

avatar of the starter
Ruh - XАвтор петиции

103

Адресаты петиции

Eldar Əzizov
Eldar Əzizov
Başı Şəhəri İcra Hakimiyyətinin başçısı
Rəşad İsmayılov
Rəşad İsmayılov
Ekologiya və Təbii Sərvətlər Naziri
Baş Nazir Əli Əsədov
Baş Nazir Əli Əsədov
Azərbaycan Resublikasının Nazirlər Kabineti
Cənab İlham Əliyev
Cənab İlham Əliyev
Azərbaycan Resublikasının Prezidenti

Новости этой петиции

Поделиться этой петицией

Петиция создана 4 апреля 2026 г.