Əli Kərimlinin AXCP sədrliyindən istefa verməsi barədə Azərbaycan xalqının tələbi

0 haben unterschrieben. Nächstes Ziel: 2.500.


2019-cu il 19 sentyabr tarixində AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur açıqlama verərək, atası Fuad Qəhrəmanlının onun dizini, anası Zümrüd Yağmurun barmaqlarını sındırmasını bildirmiş və Fuad Qəhrəmanlının şiddətin xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu bildirmişdir. Selcan Yağmur bildirmişdir ki, AXCP sədri Əli Kərimli bütün olanlardan xəbərdar olduğu halda, "az çörəyivi verir? Sus otur da.". „kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, "onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?" deməklə bu cinayətə sahib çıxmağa, olanları ört-basdır etməyə çalışmışdır.

Bildiyiniz kimi, bu hadisədən qısa müddət sonra Fuad Qəhrəmanlı istefa verdi. Əli Kərimli isə heç bir şey olmamış kimi davranmaqda davam edir, hətda döyülənləri, haqsızlığa məruz qalanları, haqq sözünü deyənləri öz trol dəstəsi vasitəsilə təhqir etdirir və hədələyir.

Gənc bir qızın həyatının zindana çevrilməsinə, onun və anasının döyülməsinə, hər-cür fiziki və mənəvi zorakılığa məruz qalmasına şahid olan, lakin buna göz yuman, susmasını tələb edən, ictimaiyyətə yalan məlumatlar verən, hətda zülmə məruz qalanları təhqir etdirən şəxs demokratiya və azadlıq dəyərləri uğrunda mübarizə apara bilməz! Əli Kərimlinin əlinə şans düşsə totalitar rejim qurub, ona qarşı çıxan hərkəsi güllələdər! Bu iki üzlü şəxsin Azərbaycan siyasətində yeri olmamalıdır! Əli Kərimli buna görə dərhal xalqdan üzr istəməli və istefaya getməlidir!

Vicdanlı AXCP üzvləri də daxil olmaqla, bütün Azərbaycan məsələyə biganə yanaşmamalı və petisiyaya dəstək verməlidir!