Məktəblərdə müəllimlər üçün anti-zorakılıq təlimləri keçirilsin!

The Issue

4 Aprel 2019-cu ildə Bakı şəhəri 162 saylı məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva təzyiqə məruz qaldığı üçün özünü pəncərədən ataraq intihar edib. Elinanın anasının dediyinə görə, yuxarı sinif şagirləri onun qızını təhqir edir, alçaldır və hətta döyürmüşlər. Elina intihardan əvvəl deyib ki, bəzi müəllimlər də onunla kobud rəftar edirlər. Valideynləri məktəb rəhbərliyinə dəfələrlə bununla bağlı şikayət edib, amma onlar məsələni aydınlaşdıracaqlarına söz versələr də, heç bir tədbir görməyiblər.
Ölkəmizin təhsil müəssisələrində zorakılıq artıq normal hala çevrilib. Bir çoxları məktəb illərində Elina kimi təzyiqə məruz qalıb.

Çox zaman zorakılıq törətmiş şagirdlərə qarşı müəllimlər və ümumilikdə məktəbin rəhbərlik heyəti tərəfindən heç bir tədbirlər görülmür. Zorakılığa məruz qalan şagirdlər isə qorunmasız qalıb, alçaldılmağa davam edirlər. Bundan əlavə, rəhbərlik heyətinin üzvləri də zaman-zaman şagirdlərə təzyiq göstərirlər.

Məsələnin həll yolu dərhal səviyyədə, müəllim və şagirdlərin yaxın münasibətindən keçir. Müəllimlər uşaqlara qulaq asmalı, onların digər şagirdlərlə problemləri ilə yaxından tanış olmalı, zorakılıq halları baş verdikdə nə tədbirlər görməli olduqlarını bilməlidirlər. Hal-hazırda bu hallarda yardım etməyi arzulayan müəllimlər zorakılığın qarşısını almaqda təcrübəsiz olduqları üçün susur, hərəkətə keçmir, bu hadisələr qabağında aciz qalırlar; və ya rəhbərliyə məlumat verirlər. Lakin rəhbərliyin bu cür məsələləri araşdırması çox uzun zaman alır. Sadalananların baş verməməsi üçün müəllimlərin anti-zorakılıq təlimlərinə təcili şəkildə ehtiyacı var.

8-9 Aprel 2019 tarixlərində "Məktəblərdə zorakılıq" mövzusunda onlayn sorğu keçirilmişdir.
İştirakçıların sayı (20:00, 09.04.2019 etibarilə): 43 (19 Qadın, 24 Kişi)
Yaş: 14-29 arası
31 iştirakçı (72%) məktəbdə oxuduqları zaman zorakılığa məruz qaldıqlarını bildiriblər, onlardan hər biri emosional/şifahi zorakılığa, 12-si həmçinin fiziki zorakılığa, 1 nəfər isə cinsi zorakılığa da məruz qaldığını təsdiqləmişdir. Spesifik olaraq, iştirakçılar şagirdlər arasında alçaldıçı ləqəblər, təhqirlər, döyülmə, xüsusilə qızlara qarşı isə cinsi xarakterli şayiələrin yayılmasının adi hal olduğunu dilə gətirirlər.
Zorakılığın əsas səbəbləri: xarici görünüş (22 nəfər), sakit davranış (16 nəfər), geyim tərzi (10 nəfər), yüksək qiymətlər (9 nəfər), cinsi yönəlim (7 nəfər), milliyət, din və s.
Zorakılıq hallarının iştirakçıların həyat və sağlamlığına təsiri: depressiya/psixi sağlamlıq pozuntusu (22 nəfər), fiziki xəsarət (6 nəfər), məktəb dəyişmə (3 nəfər), xəstəxanaya yerləşdirilmə, intihar düşüncələri, dərsləri buraxma və s.
Zorakılığa məruz qalmış 31 iştirakçıdan 12-si (39%) digər şagirdlərlə yanaşı müəllimlərin də onlara qarşı təzyiq göstərdiyini bildirmişdirlər. Bundan əlavə, onlar bildirmişdirlər ki, bu cür halların qarşısını almaq üçün rəhbərlik tərəfindən heç bir tədbir görülməmişdir. Bir nəfər qeyd edib ki, məktəb direktoru şagirdlər arasında davaya görə bütün şagirdləri, qızlar da daxil olmaqla, sillələyib, qaçmağa çalışan şagird isə ikinci mərtəbədən tullanaraq ayağını sındırıb.
Sorğunun nəticələrinə əsasən, zorakılıq halları əsasən 5-11 siniflər arası baş verir.
This petition had 221 supporters

Petition Updates

Share this petition

Petition created on April 9, 2019