Tarif Şurasının 7 saylı qərarının ləğvi ilə bağlı prezident İlham Əliyevə müraciət

0 have signed. Let’s get to 200!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif  Şurası metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minmişdir.

Cənab prezident, Tarif Şurasının anidən və əsassız verilən bu qərarından ictimaiyyət narazıdır. Sosial vəziyyətimizin də ağır olduğu bir zamanda, heç bir əsas olmadan nəqliyyatda qiymətlərin 50% qaldırılması, maaşlarımızın da artırılmadan yaşayışımıza ciddi təsir edir və bizi çox narahat edir.

Cənab prezident İlham Əliyev, ictimaiyyət olaraq sizdən xahiş edirik ki, qiymət artımına görə kütləvi ictimai narazılığı nəzərə alasınız və Tarif Şurasının 7 saylı qərarının ləğv edilməsi üçün göstəriş verəsiniz.



Today: Zeka is counting on you

Zeka Mirağayev needs your help with “Azərbaycan Respublikası, Bakı, Az 1066, İstiqlaliyyət küçəsi, 19, “Prezident Sarayı”: Tarif Şurasının 7 saylı qərarının ləğvi ilə bağlı prezident İlham Əliyevə müraciət”. Join Zeka and 108 supporters today.