Uşaqlar və Gənc Qızlar Qorunsun! Susma, Sən Susma!

Kampanya metni
Bu gün minlərlə uşaq və gənc qız ailə içində və ya cəmiyyətdə zorakılığa, istismara və şiddətə məruz qalır. Onların çarəsiz baxışları, qırılmış ümidləri və boğazlarında düyünlənən harayları bizə bir sual verir: Niyə susuruq? Goranboyda, Naxçıvanda və Ağcabədidə baş verən dəhşətli hadisələr bu acı reallığın bir parçasıdır. Bir qız öz atasının bıçağı altında qaldı. Bir qadın, əri tərəfindən öldürüldü. Bir qız özündən 10 yaş böyük biri tərəfindən istismara məruz qaldı. Onlar tək deyildi, çünki cəmiyyətin göz yumması ilə bu dəhşətli hadisələr hər gün bir başqa evdə, bir başqa qızın həyatında təkrarlanır.
Əgər biz indi hərəkət etməsək, bu gün şiddət görən qızlar sabah öldürüləcək, erkən nigah qurbanı olacaq! Cəmiyyətin susqunluğu, qanunların yetərsizliyi, günahkarların cəzasız qalması bu zorakılığı daha da artırır. İstismar və şiddətə məruz qalan qızlarımızın həyatları təhlükədədir! Onlar üçün təhlükəsiz bir dünya yaratmaq bizim borcumuzdur. Amma borc təkcə üzüntü hiss etməklə bitmir – biz bu borcu yerinə yetirmək üçün hərəkət etməliyik!
Biz susduqca, bu cinayətlər davam edəcək! Qızlarımızın öldürülməsini, istismar edilməsini və şiddət görməsini dayandırmaq üçün daha güclü qanunlar, daha ciddi cəzalar və effektiv qoruma mexanizmləri lazımdır. Dövlət qurumları bu hallara qarşı daha sərt tədbirlər görməli, cəmiyyət isə qurbanların səsini eşitməlidir. Biz birlikdə səslənməsək, heç nə dəyişməyəcək!
Bütün bunlar yalnız bir fərdin deyil, bir millətin problemi olmalıdır. Ədalət tələb etmək, qızlarımızı qorumaq bizim vicdani və insani borcumuzdur. Biz bu mübarizədə səssiz qala bilmərik. Sən susma! Sənin səsin bir qızın həyatını xilas edə bilər! #sənsusma

15

Kampanya güncellemeleri
Bu kampanyayı paylaş
Kampanya 29 Mart 2025 tarihinde başlatıldı