Lökbatana 124 nömrəli avtobusun bərpasını istəyirik!

0 kişi imzaladı. Hedefimiz 2.500.


Hazırda 125 nömrəli avtobus Binə Ticarət Mərkəzinədək işləyir və yenə də əziyyət çəkən tələbələr və şəhərin 28 may (əvvəlki marşurutun son dayanacağı ora idi) istiqamətində hərəkət edən insanlardır.
Hazırda, maksimum 20~25 dəqiqədə 20-ci sahə, bayıl və yarım saatda Sahil metrostansiyasına çata bilən insanlar, hətta 4~5 km-lik məsafədəki Bibiheybət məscidinə çatmaq üçün 3 marşurut dəyişməklə 95 qəpik ödəməli olurlar.

Həll
Ya 124 nömrəli avtobus bərpa edilsin, yaxud 125 nömrəli avtobus şəhərin mərkəzindən birbaşa Lökbatan qəsəbəsinə və təzə evlərə kimi hərəkət etsin! Marşurutun dayanacaqlardan kənarda saxlanmasına icazə verilməsin!

Dəstək!
Petisiyaya qoşularaq əhalinin gediş-gəlişini asanlaşdırmaq, xüsusilə tələbələrin və işdən çıxan xanımların evlərinə tez çata bilmələri üçün əvvəlki marşurut xəttinin, yəni, hazırda 125 nömrəli avtobusun şəhərin mərkəzindən birbaşa Lökbatan qəsəbəsinə və təzə evlərə kimi hərəkət edərək insanları mənzil başına çatdırmasının tələb edilməsini dəstəkləməyə çağırırıq!

Adiyyatı qurumların işə baxmasını istəyirik!

Bu kampaniyanı başlatmışıq, çünki…
2013-cü ilədək Bakı şəhəri Lökbatan qəs.-dən şəhərin 28 may istiqamətində daha çox tələbə və işçi daşınmasında birbaşa iştirak edən və insanların daha qısa yoldan mənzil başına çatmasına şərait yaradan 124 nömrəli marşurut təzə evlər və mərkəzdən iki ayrı xətt kimi işləyirdi. Lakin daha sonra ilk təzə evlər xətti aradan götürüldü, sonra isə Lökbatan qəsəbəsi daxili marşurut 111 əsas aparıcı sərnişindaşıma nəqliyyat vasitəsinə çevrildi və 124 nömrəli marşrutun sərnişinləri qaldı yollarda. Hazırda isə 125 nömrəli avtobus Binə Ticarət Mərkəzinədək işləyir və yenə də əziyyət çəkən tələbələr və şəhərin 28 may istiqamətində hərəkət edən insanlardır.
Hazırda, maksimum 20~25 dəqiqədə 20-ci sahə, bayıl və yarım saatda Sahil metrostansiyasına çata bilən insanlar, hətta 4~5 km-lik məsafədəki Bibiheybət məscidinə çatmaq üçün 3 marşurut dəyişir və 95 qəpik ödəməli olurlar.
İctimai nəqliyyatın idarəçiliyindəki dəyişikliklər və Bakıya yeni avtobusların gətirilməsinə baxmayaraq, Lökbatan kimi bir yer Sumqayıtdan da "uzaq" olmağa başlayıb.