Aytən və Tahirə üçün susma! Qadına şiddətə yox de!

Aytən və Tahirə üçün susma! Qadına şiddətə yox de!
Hal-hazırda 21 ci əsrdə yaşamağımıza baxmayaraq hələdə qadınlara qarşı şiddət, diskriminasiya tətbiq olunur və onlar öldürülürlər! Axırıncı dəfə 30 avqust tarixində Niftəliyeva Aytən, qızı Tahirə ilə birlikdə əri Niftəliyev Rəhman tərəfindən döyüldü. Ərindən qaçmaq istəyən Aytən yaşadıqları 4 mərtəbəli binanın damına çıxdı. Lakin Rəhman Niftəliyev onun ardınca gəldi və iki yaşlı Tahirə ilə birlikdə Aytən Niftəliyevanı aşağı itələdi. Aytən Niftəliyevanın ölümündən öncə vəkilinə tam şüurlu şəkildə verdiyi ifadədə mərhumə qeyd edir ki, O damdan sallanarkən kömək istəməsinə baxmayaraq, əri Rəhman Niftəliyev ona kömək etməyib. Nəticədə, bu gün 24 yaşlı Aytən və 2 yaşlı Tahirə aramızda yoxdur. Onların qatili isə hələ də azadlıqdadır. Çünki, yaxşı tanışları və maddi imkanları var. Bu işə xüsusi nəzarət üçün səsimizi daha yüksək yerlərə çatdırmalıyıq! Bu petisiyaya atılan hər bir imza ədalət üçün atılan bir addımdır! Bu hadisə, sadəcə iki insanın cinayəti deyil. Bu, insanlıq cinayətidir! Bu hər birimizin və yaxınlarımızın yaşaya biləcəyi bir şeydir! Qoy Rəhman kimi insanlar anlasın ki, heç nə onları ədalətdən xilas edə bilməz. Əgər bu gün bir Qarabağ müharibəsi veteranının qızının cinayəti araşdırılmayacaqsa, cinayətkar cəzasız qalacaqsa, artıq heç kimin heç nəyə ümidi qalmayacaq!
ONA GÖRƏ DƏ GƏLİN ƏL-ƏLƏ VERİB, SƏSİMİZİ HƏR KƏSƏ ÇATDIRAQ! ARTIQ QADINLAR VƏ UŞAQLAR ÖLMƏSİN!!!