Koronavirusu məktəblərə buraxmayaq!

Koronavirusu məktəblərə buraxmayaq!

Başlama tarihi:
1 Mart 2020
Muhatap:
İctimai Təşəbbüslər Mərkəzi
İmzalar: 5.931Sonraki Hedef: 7.500
Hemen destekle

Bu kampanya neden önemli?

Başlatan: Gubad Ibadoghlu

 Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova

Surəti: Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramova

Nazirlər Kabineti yanında Operativ Qərargahın 28 fevral 2020-ci il tarixə olan məlumatına görə, Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir. Bir gün əvvəl bu rəqəm 186 olub. Hər gün bu virusa yoluxanların sayı artır. Verilən məlumatlara görə,  Azərbaycan 3 nəfərin koronavirusa yoluxması təsdiq olunub. 

Bu qlobal təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirən Gürcüstan və Ermənistanda martın 2-dən  uşaq baxçası, məktəb, texniki peşə litseyində, texnikum, kollec və Universitetlərdə  tədris müvəqqəti olaraq  dayandırılıb.

Biz bu müraciəti imza edənlər ilk növbədə cənub rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Salyan), eləcə də Bakı və respublika tabeli 9 şəhərdə uşaq baxçaları və məktəblər, kollec və Universitetlər əvvəlcə 1 həftə müddətinə bağlanmasını, zərurət yaranarsa bu müddətin Novruz bayramınadək uzadılmasını təklif edirik.
Hesab edirik ki, bu  müddət ərzində bütün  səviyyəli təhsil ocaqlarında sanitar və su qovşaqları, xüsusilə də tualetlər yenidən qurulmalı, bütün siniflər və auritoriyalar dezinfeksiya olunmalı, təhsil ocaqları zəruri yuyucu və qurulayıcı vasitələrlə təchiz edilməli, müəllimlər və tərbiyəçilər təlimlərə cəlb olunmalı və koronavirusla mübarizə üçün preventiv tədbirlərə dair məlumatlandırılmalıdır.

Təhsil Nazirliyi koronavirusdan qorunmaq üçün modul dərs hazırlamalı onu tədris müəssisələrinə paylamalı, posterlər nəşr etdirib, siniflərdə və auditoriyalarda, eləcə də kütləvi oxuna bilməsi mümkün olan digər yerlər yerləşdirilməlidir.

Hörmətli baş nazir,

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir. Odur ki, sizdən Nazirlər Kabinetinin sərəncamı ilə risk qrupu yüksək olan ərazilərdə yerləşən uşaq baxçaları və məktəblər, kollec və Universitetlərdə tədrisin müvəqqəti olaraq dayandırılmasına sərəncam verməyinizi xahiş edirik.

Xahişimizə diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirik.

Hemen destekle
İmzalar: 5.931Sonraki Hedef: 7.500
Hemen destekle