Ermənistandan məcburi deportasiya olunmuş azərbaycandilli əhaliyə tarixi bəraət verilməsi

0 людей подписали. Следующая цель: 2 500
Когда эта петиция соберет 2 500 подписей, она вероятнее всего сможет заинтересовать локальные медиа!
"Sağlam Gələcəyə Doğru" İctimai Birliyi создал(а) эту петицию, адресованную Ermənistan Parlamenti и

deportasiya videoreportaj

XX əsrdə Sovet rejiminin deportasiya siyasətinin qurbanı olmuş, demək olar, bütün xalq və millətlər tarixi bəraət almış, tarixi vətənlərinə qayıtmaq hüququ qazanmışlar. Yalnız Ermənistan SSR-dən məcburi köçürülmüş azərbaycanlı əhali hələ də bu bəraət hüququndan yararlana bilməmişlər. Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulsa da, əslində, adi insan hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) təqribən 150 min nəfər azərbaycanlı deportasiya edilmişdir. Sənədlərdə guya qanuni don geydirilmiş bu hüquqa zidd aksiya insanların ən ümdə hüquqlarından biri olan yaşayış yerini seçmə hüququnu əslində ciddi surətdə pozmaqla onlara həm maddi, həm də mənəvi zərbə vurmuşdur. Həm də sovetlərin əli ilə icra edilən bu insanlıq cinayəti əsrin əvvəllərində – sovetlərdən əvvəl (1905,1918-ci illər)  millətçi-anarxist daşnakların başlatdığı deportasiya və "türksüzləşdirmə" siyasətinin davamı olmuş və onların diqtəsi ilə həyata keçirilmişdir. Məkrli siyasətlə dağlıq Ermənistandan Azərbaycanın aran zonasına və Kür-Araz ovalığının çöllərinə köçürülmüş insanların çoxunun elə ilk illərdəcə iqlimə və şəraitə uyğunlaşa bilməməkdən,yatalaq və malyariyadan öləcəyini bu faciənin hökmünü verənlər əlbəttə ki, qabaqcadan bilirdilər.
Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.
Beynəlxalq ictimaiyyət hələ də 1948-1953-cü illərdə Azərbaycan xalqının başına gətirilən bu faciənin miqyasından xəbərsizdir. Sovet hakimiyyəti illərində repressiyaya və deportasiyaya məruz qalan xalqlar haqqında son dövrdə bir çox siyasi və diplomatik addımlar atılmış, çoxlu tədqiqat əsərləri yazılmışdır. Lakin azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası o dövrün rəsmi sənədlərinin ruhuna uyğun olaraq, hələ də sadəcə “köçürülmə” faktı kimi dəyərləndirilir. Parlamentlər və Beynəlxalq təşkilatlar bu çağırışa cavab olaraq Ermənistan dövlətindən məsuliyyət tələb edərlərsə – bu əhalinin vaxtı ilə tapdalanmış hüquqları bərpa edilə bilər.Bu fikri bölüşərək bu işə köməklik göstərmək istəyənlərdən PETİSSİYANI imzalamağı xahiş edirik.

0 людей подписали. Следующая цель: 2 500
Когда эта петиция соберет 2 500 подписей, она вероятнее всего сможет заинтересовать локальные медиа!