

Akademik Milli Dram Teatrında Elm Azərbaycan platforması tərəfindən ilin ikinci populyar-elmi konfransı keçiriləcək! Konfrans zamanı bədənimizin molekulyar əsaslarını, zehnimizi, Kainatla bağlılığımızı araşdıracaq, Kainatdakı yerimizə nəzər salacaq və Elm dünyasının son illərdə qət etdiyi yolu birlikdə gedəcəyik!
- Konfransın proqramı:
- Giriş Hissə
- Qalib Əsədov / Vasif İsmayıl
- Kofe Breyk / Tar və Piano ifası
- Canməmməd Rüstəmov / Yalçın islamzadə
- Son Söz
- Mövzular:
Qalib Əsədov - Sinir sistemimizin və düşüncələrimizin formalaşması
Vasif İsmayıl - İnsan təkamülündə ətraf mühit faktoru
Canməmməd Rüstəmov - Böyük Partlayış, İfratyeni Supernovalar, Bədənimizdəki ağır elementlər
Yalçın İslamzadə - Elm insan, insan elm haqda nə düşünür?
- Biletin qiyməti: 17 AZN
Daxildir:
- Konfransda iştirak
- Kofe Breyk, Canlı Musiqi
- Endirimli kitab yarmarkasında iştirak
- Elm Azərbaycana məxsus simvolik hədiyyələr
- Qeydiyyat üçün:
insankainat.info