Heyvanlara xəsarət yetirən şəxslərə qanunla təyin olunan cəzanın şiddəti artırılsın!
Проблема
Bu petisiyanı yaratmaqda məqsəd heyvanlara qarşı edilən zorakılıqlara görə qanunla daha ağır cəzanın tətbiq edilməsinə nail olmaqdır.
Təəssüflə qeyd edirik ki, son zamanlar ölkəmizdə heyvanlara qarşı zorakılıq halları çoxalmışdır. “Dead game Pedigree” forumunun yaradıcıları kimi heyvanlar üçün ölüm oyunları təşkil edənlər, heç bir səbəb olmadan heyvanlara zülm edənlər, bilərəkdən onları şikəst edənlər, öldürənlər artmaqda davam edir.
İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 manat cərimə tətbiq edilir. Heyvanlara qarşı amansızlıq göstərən, onları çirkin niyyətləri üçün bir-birinə öldürtən və ya sadəcə heyvana zülm etməkdən zövq alan şəxslər üçün isə bu çox yüngül cəzadır.
Bu səbəbdən, burada imza atan hər kəs, heyvanlara bu və ya başqa formada işgəncə verən şəxslərin qanunla daha ağır cəzaya layiq görülməsini tələb edir!
P.S: İmzalar toplandıqdan sonra hüquqşünas vasitəsilə bu imzalara əsaslanaraq Milli Məclisə hüquqi şəkildə yazılı müraciət ediləcəkdir.

Адресаты петиции
Новости этой петиции
Поделиться этой петицией
Петиция создана 27 мая 2020 г.