Başarı

İstedadlı gənc Cavid Hacıyevin Kiyevdə vəhşicəsinə öldürülməsinə səssiz qalmayaq!!

Bu kampanya 9.037 destekçi ile değişim yarattı!


Əziz iştirakçılar, bu kompaniyanı yaratmaqda məqsədimiz bacarıqlı, istedadlı və savadlı bir gəncin ölkə xaricində həmyerlisi tərəfindən vəhşicəsinə öldürülməsinə səssiz qalmaq istəməməyimizdir. 22 yaşlı azərbaycanlı gənc Cavid Hacıyev oktyabrın 6-sı Kiyevdə həmyerlisi tərəfindən qətlə yetirilmişdir. Onun kimi dövlətinə,vətəninə layiq bir gəncin qatili hələ də tutulmayıb. Cavid artıq neçə gündür ki, aramızda yoxdur. Onun yoxluğunun heç bir təsəllisi yoxdur, yalnız, o qatilin hələ də tutulmaması onun ailəsinin, dostlarının və yaxınlarının təskinlik tapmamasına səbəb olur. Biz istəyirik ki, o qatil tez bir zamanda tutulsun və qeyd edildiyi kimi 7-15 il cəza ilə yox,daha ağır bir cəza ilə cəzalandırılsın. Hansı ki, həmin qatil hazırda 23 yaşındadır və o 30-lu yaşlarında azadlığa buraxılacaqdır. Hansı ki, həmin şəxs Cavidi çox vəhşicəsinə qətlə yetirmiş hətta onun cəsədini yandırmağa belə təşəbbüs etmişdir. Hər kəsin bu kompaniyaya qoşulmağı bizim üçün çox vacibdir. İnanırıq ki, hər birimizin dəstəyi və tələbi ilə o qatil daha tez bir zamanda tutulub lazım olan cəza tədbirləri ilə cəzalandırılacaqdır. Bizim səsimizi , onun ailəsinin , dostlarının səsini hərkəsə çatdırmaq üçün hər birinizin dəstəyinə ehtiyacımız var.



Bugün Farida imzanı bekliyor!

Farida Safiyeva bu imza kampanyası için senin desteğini bekliyor: «Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: İstedadlı gənc Cavid Hacıyevin Kiyevdə vəhşicəsinə öldürülməsinə səssiz qalmayaq!!». Farida ve imza atan diğer 9.036 kişiye katıl.