Şəhid General Polad Həşimovun və onun silahdaşlarının adının əbədiləşdirilməsi

Şəhid General Polad Həşimovun və onun silahdaşlarının adının əbədiləşdirilməsi

0 kişi imzaladı. Hedefimiz 2.500.


 2020-ci il iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.  Bu xain hucum nəticəsində Azərbaycan ordusunun general mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev, mayorları  Namiq Əhmədov və  Anar Novruzov,  gizirləri  İlqar Zeynallı və  Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə həlak olublar.  Azərbaycan ordusunun general mayoru Polad Həşimov və polkovniki İlqar Mirzəyev ikinci fəxri xiyabanda, digərləri doğulduğu yurldlarında  dəfn ediliblər. 

Biz bu petisiyanı imzalayanlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Tovuz şəhidlərinin adının əbədiləşdirilməsi üçün müraciət edirik. Prezidentdən xahiş edirik ki, Tovuz şəhidlərinin adının əbədiləşdirilməsi ilə bağlı gözlənilən fərmanda aşağıdakı təklifləri nəzərə alsın. 

Təklif edirik ki:

1) Həlak olanların hər birinin oxuduğu məktəbə onların adı verilsin və məktəbin qarşısında büstləri qoyulsun.

2)  Azərbaycan ordusunun general mayoru Polad Həşimova və polkovniki İlqar Mirzəyevə Azərbaycan Resublikasının Milli Qəhrəmanı adı (ölümündən sonra) verilsin.

3) Azərbaycan ordusunun general mayoru Polad Həşimovun,  polkovniki İlqar Mirzəyevin, mayorları Namiq Əhmədovun və   Anar Novruzovun Zabitlər Bağında büstləri qoyulsun. 

4)  Bakı şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycan ordusunun general mayoru Polad Həşimovun və polkovniki İlqar Mirzəyevin adı verilsin.

5) Qəbələ Beynəlxalq  Hava Limanı  general mayor Polad Həşimov adına adlandırılsın. 

6)  Azərbaycan bayrağı ilə beynəlxalq sularda üzən gəmilərə general mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev adı verilsin. 

7) Bakı Metropolitenin stansiyalarından biri general Polad Həşimov adlandırılsın.

8) Azərbaycan ordusunun  mayorları  Namiq Əhmədov və   Anar Novruzov, gizirləri  İlqar Zeynallı və  Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə "Azərbaycan Bayrağı" ordenləri və ya "İgidliyə görə" medalları ilə (ölümündən sonra) təltif edilsinlər.