Gənc fəalları azad edin!

Gənc fəalları azad edin!

Started
July 30, 2013
Petition Closed
This petition had 2,021 supporters

Why this petition matters

Biz aşağıda imza edən gənclər, Azərbaycan vətəndaşları və seçiciləri olaraq bildiririk ki, ictimai və siyasi proseslərdə aktiv iştirak edən, bu prosesə əhəmiyyətli töhvə verən gənc fəalların qondarma ittihamlarla hələ də həbsdə saxlanmalarına etiraz edirik. Düşünürük ki, fəal gənclərin prezident seçkiləri ərəfəsində həbsdə saxlanması seçkilərin azad və ədalətli keçiriləcəyi ilə bağlı vədlərə kölgə salır.

Fəal vətəndaş mövqeyi nümayiş etdirdiklərinə görə həbs edilmiş gənclərlə bağlı bir çox beynəlxalq təşkilatlar da narahatlıqlarını ifadə etmiş, onların həbsinin siyasi motivli olduğunu bəyan etmişlər. Həbs olunduqları gündən indiyə qədər barələrində davamlı istintaq tədbirlərinin aparılmaması və barələrindəki həbs qəti imkan tədbiri müddətlərinin dəfələrlə uzadılması da bu iddiaların doğruluğuna dəlalət edir.

Biz aşağıda imza edən Azərbaycan vətəndaşları Azərbaycan hakimiyyətini siyasi baxışlarına, fəal vətəndaş mövqelərinə görə hələ də həbsdə saxlanan gəncləri azad etməyə və azad seçki mühitini təmin etməyə çağırırıq.

Petition Closed

This petition had 2,021 supporters

Share this petition