Tarixi abidələrin söküntüsü durdurulsun! - Stop demolishing historical heritage in Baku!

Kampanya metni

Biz hər birimiz bu dövləti sevən, bu torpağı VƏTƏN bilən Azərbaycan vətəndaşıyıq. Dövlətin möhkəmlənməsi, inkişafı, tanınması, yüksəlməsi naminə görülən işləri və bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyirik.
Bakı Vətən dediyimiz dövlətin paytaxtı - ürəyidir. Onun hər daşı hər birimiz üçün əzizdir, qiymətlidir - vətənin bütün daşları kimi. Amma bu daşlar başımıza, ürəyimizə yağır.. Hal-hazırda elə tarixi binalar sökülür, dağıdılır ki, onlar tariximizdi - onlar bizim mədəniyyət abidələrimizdi.

Bu yaxınlarda Azərbaycanın böyük sənətkarı Abbas Mirzə Şərifzadənin evi sökülərək həmin dəyərlərdən biri məhv edildi. Bu binanın üç əsrlik yaddaşı vardı. Qanuna görə tarixi şəxsiyyətlərlə bağlı binalar, xatirə yerləri qorunmalıydı…

Bir çox azərbaycanlı da məhz tarixi abidələri görmək üçün xarici ölkələrə üz tutur. Halbuki belə abidələr ölkəmizdə kifayət qədərdir, sadəcə biraz təmir, abadlıq işləri tələb edir. Bununla yanaşı, 100 illik bu tarixi əsərlər xalqımızın müəyyən bir kökü olduğunu, dünya millətləri arasında bir yeri olduğunun sübutudur.

 "Tarixi abidələrin qorunması haqqında" qanunun 2-ci maddəsində deyildiyi kimi : “ Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir”.

Qanunun ikinci maddəsinin b bəndində bununla bağlı yazılmasına baxmayaraq, Bakının müxtəlif yerlərində aparılan söküntü işləri illərdi davam edir. Şəhərin mərkəzində, “Sovetski” adlanan yerdə, ənənəvi məhəllələri ifadə edən evlər, qanuna görə memarlıq abidələri sayılan binalar, məhəllələr dağıdılır. Yasamal rayonunun başqa bir yerində, Murtuza Muxtarov 83 küçəsində yerləşən “Yuğ”  teatrının yerləşdiyi tarixi bina da eyni aqibətlə üzləşdi. O binanın əsası 1888- ci ildə qoyulmuşdu. On doqquzuncu əsr Azərbaycan memarlığını ifadə edirdi. Fərəculla hamamı kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı. Biz istənilən turisti bu yerlərə dəvət edib 19-cu əsrin Bakısı ilə tanış edə bilərdik…İndi də milyonçu Ağabala Quliyevin evinin söküləcəyi haqda xəbərlər yayılıb.

Azərbaycan Respublikası 26 noyabr 2009-cu il tarixində "Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış konvesiyaya qoşulub. Buna görə, Nazirlər Kabinetinin istədiyi abidəni tarixi abidələr siyahısından çıxarması mümkün deyil. Çünki bu məsələdə hökumətin bu abidələri qoruma vəzifəsi vardır. Azərbaycan Avropa Şurasının üzvüdür və mədəni irsin qorunması kimi bir öhdəliyi üzərinə götürüb. Buna görə də, hər abidə rahat şəkildə sökülüb NK siyahısından silinə bilməz.

Xalqımızın, ziyalilarımızın, tarixsevərlərimizin narahatçılığını gözönünə alaraq, AR Nazirlər Kabinetin qərarı ilə təsdiq edilmiş tarixi abidlərin siyahısından çıxarılmış 23 abidəni oraya geri qaytarılmasını, onların söküntüsünün dayandırılmasını tələb edirik! 

avatar of the starter
Ferhad MehdiyevKampanyayı Başlatan Kişi
Bu kampanya 3.559 destekçiye ulaştı

Karar Vericiler

AR Nazirlər Kabineti
AR Nazirlər Kabineti
AR Mədəniyyət və Turizm Nazirliyi
AR Mədəniyyət və Turizm Nazirliyi
BAKI ŞƏHƏRİ Icra Hakimiyyəti
BAKI ŞƏHƏRİ Icra Hakimiyyəti

Kampanya güncellemeleri