

TƏBİB-də ixtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri vəzifəsini icra edən, yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsaslanaraq, 17 iyun 2025-ci il tarixli, 18-1/2-N-6128-31-15003/2025 N-li məktubunda qeyd edir ki, Baş nazirinin birinci müavininin tələbi əsasında apardığı araşdırmanın nəticələri yekunlaşıb. Nəticə olaraq, Nəzrin Mustafayeva mənə bildirib ki, onların iclasda apardıqları “müzakirələrin nəticəsinə əsasən vətəndaşa xidmət göstərmiş təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən heç bir taktiki və müalicəvi səhvə yol verilməyib” və “vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir”. Bunu deyərək o, RTTTYM həkimləri Qardaşova Ellada və məhkəmə-tibbi ekspertiza həkimləri Anar Şıxammədov və Seyidaslan Ağalarov tərəfindən qızıma qarşı törədilmiş cinayətin gizlədilməsini təmin edir.
1) P.Eyvazov öz qərarında Qardaşova E. və assistenti İsmaylova Aybəniz tərəfindən topladığı izahatda, həkimlər evimizə gələndə, onlar qızıma dərman vermədən qabaq qızımın saturasiyasının 94% olduğunu da qeyd edir. Burada da gizli saxlanılacaq bir sirr yoxdur.
2) Qızımın nəbzi hələ morqda da vururdu. Qızımın evdə şəkli çəkiləndə, onun ağzını mərkəzdən Qardaşovanın tapşırığı ilə göndərilən ikinci təcili yardım (TY) həkimi açmışdı, morqda isə qızım, soyuğa reaksiya verərək, ağzını bağladı. Beləliklə, hər mütəxəssis həkim bilir ki, ölü ağzını bağlaya bilməz. Qızımın morqda da sağ olması sənədlərlə sabitdir, burada gizlədiləsi bir şey yoxdur, məlumatların hamısı sənədlərdə öz əksini tapmışdır. Elə isə Nəzrin Mustafayevanın gizlətmək istədiyi sirr nədir?
3) Qızıma tələb olunan reanimasiyanı təşkil etmək əvəzinə, xəstəxanaya aparmaq əvəzinə qızımı diri-diri aparıb morqa qoydular. Bunun nəyi sirrdir, və kimdən saxlanılacaq sirdir, Bunun nəyi düzdür?
4) Qardaşova qızımda təzyiqi ölçərək, onun 100/48 olduğunu gördü (P.Eyvazovun qərarında bu fakt qeyd olunub). Buna baxmayaraq Qardaşovanın assistenti qızıma aşağı təzyiqlə izopril, anaprilin dilinin altında saxlatdırıb sonra içirdirdi. Və bununla dərmanların təsirini gücləndirirdi. Anaprilinın təsiri bədəndə 20-24 saatadək qalır. Təzyiqi aşağı olan uşağa hipotenziv adrenoblokator vermək cinayyət deyil?
5) Qızım ikinci dərmanı qaytardıqdan sonra babası dönə-dönə tapşırdı ki, “Bir də uşağa dərman verməyin!” Buna baxmayaraq Qardaşova və assistenti qəsdən 3-cü həbi verib, qızımı komaya saldılar. 10 dəqiqə keçmədən, reanimasiya tələbimizə baxmayaraq, uşağın barmağındakı pulsoksimetr göstəricisi 170/69 ola-ola, Qardaşova evimizə əməliyyat çevik polislərini çağırdı və valideyin və əzizlərindən xəbərsiz, yeniyetmə balamı onlara diri-diri “ölü adı altında” təhvil verdi. Baxmayaraq ki bacım ekspert deyirdi ki, “Xədicə komadadır, o ölməyib, siz niyə ona koma vəziyyətində “ölü” deyirsiz?” Bununla belə Nəzrin Mustafayeva mənə bildirir ki, iclasda onlar qərara gəldilər ki, guya TY həkimləri heç bir səhvə yol verməyiblər?
6) Azərbaycan Konstitusiyasına əsasən, mənim koma vəziyyətinə salınmış qızımın azı 3 sutkayadək reanimasiya hüquqi vaxtı var idi və ondan əlavə balamın ölümü təsdiqlənməmişdi, təsdiqlənə də bilməzdi, çünki o morqda da sağ idi. Qardaşovanın təşkil etdiyi çevik polis işçiləri balamın əlacsız vəziyyətindən faydalanaraq diri yeniyetməni, ailə üzvlərini aldadaraq “xəstəxana adı ilə” morqa apardılar. Morqda çevik polis işçiləri şərəf və ləyaqətlərinə and içərək Xədicənin qan analizı üçün cəmi 5 dəqiqə içəri aparıb, dırnağın ucu qadər çərtib qaytaracaqlarına söz verdilər. Mən fəryad edib balamı vermirdim, qışqırırdım: “Vermirəm balamı, vermirəm, buraxın məni balamın yanına, o sağdır, hara aparırsız onu?!”, lakin onlar balamı əlimizdən güc tədbiqinə zorla aldılar. Anar Şıxammədov və Seyidaslan Ağalarov polis naryadı tərəfindən qorunan bağlı qapı arxasında diri Xədicəmin sümük iliyini, bütün daxili orqanlarını , dərisini oğurladılar və ondan canlı donor təşkil elədilər. Bununla belə Nəzrin Mustafayeva mənə bildirir ki, quya TY həkimləri heç bir səhvə yol verməyiblər? Reanimasiya əvəzinə doğmalarından xəbərsiz evdən birbaşa morqa aparıb, canlı uşağı donor təşkil etmək cinayyət deyil?!, bəs nədir?! Nəzrin Mustafayeva yeniyetmənin diri diri işgəncə ilə canlı orqan təşkil edilməsinimi tibbi sirr adlandırır?
*** 1) Cinayət Prosessual Məcəlləsinin 106.1 bəndinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab edilir. Yəni məndən, bizim ailəmizdən Xədicənin ölümünə səbəb olan nəyisə gizlətmək özü qanuna zidd hərəkət olub, cinayət xarakteri daşıyır. Zatən bütün cinayət göz qabağındadır. Allah canilərə himayədarlıq edənlərin özünə bu acını Yaşatsın.
2) Qardaşova Ellada və assistenti Ismayılova Aybəniz Almaz qızı evimizə gəlib, sağ və sağlam balama həblər verdilər və koma vəziyyətinə saldılar, sonra da onun əlacsız vəziyyətindən faydalanaraq reanimasiya vermək əvəzinə evimizə əməliyyat çevik polislərini çağırdılar. Onlar da evimizə basqın etdilər. Həkimlər diri, nəbzi vuran övladımı onlara “ölü” adı ilə canlı donorluq üçün təhvil verdilər.
3) 16 yaşlı yeganə balamın qırmızı sümük iliyi, istisnasız bütün sağlam orqanları, dərisi və sair toxumaları işgəncə ilə, valideyn və doğmalarından gizli, bizi xəstəxana adı ilə apardıqları morqda oğurlandı. İşgəncə ilə öldürdükdən sonra, ona verilən xəsarətləri süni insan dərinin altında gizlədib, qızımı bizə qaytardılar. Qızıma verilmiş işgəncələrin sübutu olan morqdakı kameranı bizə verilməsini tələb edirəm.
4) Qardaşova yeniyetmə övladımı qəsdən əlacsız komatoz vəziyyətə saldıqdan sonra, ölümü baş həkimlərlə birgə aparılan konsilium tərəfindən təsdiqlənməmiş, bizə reanimasiya üçün vaxt belə verməmiş, tez bir zamanda əməliyyat çevik polisləri çağırdıqdan sonra, polis onun işinə yaradı: reanimasiya məqsədilə qızımın komadan ayılması üçün adrenalinin vurulmasına qadağa qoydular.
5) Çevik polis məmurları naryadı özbaşnalıq edərək, biz ailə üzvlərini aldadaraq, bizi balamla evimizdən “xəstəxana adı ilə” birbaşa morqda aparıb, qızımı bizdən icazəsiz “canlı donor” təşkil ediblər. Bu ağır cinayət faktını iclasda iştirak edənlər “hər şeyin” guya düz olmasını yazıb.Bizim ailəmizə qarşı işlənmiş bu ağır cinayətin iclasda guya düz olmasını təsdiqləyiblər.
Mənim yeqanə övladımın Azərbaycan Konstitusiyasının bütün qanunlarını kobudcasına pozaraq qanunsuz təşkil olunan donor identifikasiya nömrəsinin araşdırıb mənə təqdim etməyinizi xahiş edirəm,