Azərbaycanda LGBTİ+ləri qoruyun

Azərbaycanda LGBTİ+ləri qoruyun

0 have signed. Let’s get to 200!
At 200 signatures, this petition is more likely to be featured in recommendations!
Nəfəs LGBTİ Azərbaycan Alyansı started this petition to Javid Nabiyev (Nafas LGBTI Azerbaijan Alliance)

Azərbaycanın LGBTİ+ icması epidemik səviyyədə homofobiya, transfobiya və kuirfobiya ilə qarşılaşır və bizi - LGBTİ+ləri qoruyan qanunların olmaması öz ölkəmizdə yaşamağı bizim üçün çətinləşdirir və qorxulu mühit yaradır. 

Təkcə bu il may və iyun aylarında Nəfəs LGBTI Azərbaycan Alyansı LGBTİ+ icmasına qarşı 10-a yaxın hücum qeydə alıb. Bu hücumlar barədə vətəndaş cəmiyyəti öz narahatlığını ifadə etmiş və beynəlxalq insan hüquqları təşkilatları olan İLGA-Avropa, Norveç Helsinki Komitəsi, Vətəndaş Hüquqları Müdafiəçiləri (CRD) və RFSL birgə bəyənat yayaraq, may və iyun aylarında Azərbaycanda LGBTİ+lərə qarşı olan hücumların hökumət və hüquq mühafizə orqanları tərəfindən ədalətli şəkildə araşdırılmasını tələb etmişlər.

Bundan əlavə, iyul ayında LGBTİ+ icmasına qarşı kəskin transfobik və homofobik videomüraciət edən, icmanın cəmiyyətdən və ictimai yerlərdən təcrid edilməsini tələb edən bloqqer Sevinc Hüseynova avqustun 25-i və 31-i oxşar bəyanatla yenidən çıxış edib. Bu çıxışların nəticəsi olaraq trans qadınlar öldürülür və öldürülmə təhlükəsi ilə yaşayır.

Biz, Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq, bütün bu hücumlara və nifrət çıxışlarına qarşı dövlət qurumlarının - Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və İnsan Hüquqları üzrə Müvəkkilin hərəkətsizliyindən narahatlığımızı ifadə edir və çağırış edirik:

- Sevinc Hüseynova və onun simasında LGBTİ+ icmasına qarşı nifrət çıxışları edən hər kəs barəsində:
1. Kütləvi informasiya vasitələrindən istifadə edərək icmanın hüquqlarının məhdudlaşdırılmasına, zorakılığın tətbiqinə və öldürülməsinə çağırış etdiyi üçün barəsində cinayət işi açılsın; 
2. Dövlətin Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş prosessual öhdəlikləri yerinə yetirilsin;
- 2018-ci il Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə baxış zamanı səsləndirilən tövsiyələr həyata keçirilsin:
1. Polisin LGBTİ+lərə qarşı şantaj, təcavüz və zorakılıq etməsi halları ilə əlaqədar müvafiq araşdırmalar aparılsın, məsul şəxslər layiqincə cəzalandırılsın və bu cür təcrübələri aradan qaldırmaq üçün inzibati və hüquqi çərçivələr qurulsun;
2. LGBTİ+lərə qarşı ailə zorakılığı və nifrət cinayətlərinə qarşı qanunvericilik hazırlansın;
3. Transların gender kimliklərinə uyğun olaraq bədənlərini və qanuni sənədlərini dəyişməsinə imkan verən hüquqi və tibbi sistem hazırlansın;
4. Ölkədəki eynicinsli seksual əlaqələrin kriminallaşdırılmamış vəziyyətinə uyğun olaraq, LGBTİ+ məsələləri ilə məşğul olan təşkilatların qanuni olaraq qeydiyyatdan keçib fəaliyyət göstərə bilmələri üçün bütün lazımi addımlar atılsın;
- LGBTİ+ vətəndaşlara qarşı zorakılıq halları ilə bağlı təxirəsalınmaz effektiv və şəffaf təhqiqatın aparılması təmin edilsin və təhqiqatın nəticələri ictimaiyyətə açıqlansın;
- LGBTİ+ vətəndaşlara münasibətdə nifrət çıxışı, həmçinin ictimai xidmətlər göstərən qurumlar (səhiyyə, sosial, hüquq mühafizə və.s) tərəfindən xidmətlərin göstərilməsindən imtina kimi müxtəlif ayrı-seçkilik halları dərhal araşdırılsın və nəticəsi ictimaiyyətə açıqlansın;
- LGBTİ+ hüquqlarının qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər görülsün.

0 have signed. Let’s get to 200!
At 200 signatures, this petition is more likely to be featured in recommendations!