Məktəblərdə dini geyim qadağasına son qoyun: Uşaqların hüquqlarını qoruyun!

5

Hadi 10 imzaya ulaşalım!
1.000’den fazla imzası olan kampanyalar, başarıya 5 kat daha yakın!

Kampanya metni

 

Biz, aşağıda imza atan vətəndaşlar, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" nə edilmiş dəyişikliyə etiraz edirik. 

Qərarda deyilir ki,

"Təhsilalanlar üçün müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir."

Bu ifadə qeyri-müəyyəndir və praktikada baş örtüyü və digər dini geyimlərin qadağan edilməsi üçün əsas kimi istifadə olunur. Hesab edirik ki, bu, hüquqa ziddir.

Konstitusiyanın 48-ci maddəsi vicdan və din azadlığını, dini əqidəni ifadə etmək hüququnu təmin edir. Baş örtüyü təhsilə mane olmur, sadəcə şagirdin dini inancının təzahürüdür. Dövlət yalnız ictimai qaydanı pozan, başqalarının hüquqlarını təhdid edən hallarda məhdudiyyət qoya bilər. Məktəbdə baş örtüyü belə təhlükə yaratmır.

Təhsil hüququ da bu qadağadan əziyyət çəkir. Təhsil almaq dini geyimdən imtina etmək şərtinə bağlana bilməz. Bu, uşağı "ya dini inancın, ya da təhsil" seçimi qarşısında qoyur və təhsilin hamı üçün əlçatanlığı prinsipinə ziddir.

Valideynlərin hüquqları beynəlxalq səviyyədə qorunur. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsinə görə, dövlətlər valideynlərin öz inanclarına uyğun olaraq uşaqların dini və əxlaqi tərbiyəsini təmin etmək azadlığına hörmət etməlidir. Qərar valideynlərə uşağın geyim tələblərinə riayət etməsini təmin etmək məsuliyyəti qoymaqla bu hüququ məhdudlaşdırır.

Dünyəvilik prinsipi yanlış təfsir edilir. Dünyəvilik dövlətin dinlərə qarşı neytral olması, dövlət qurumlarının dini fəaliyyətdən ayrılması deməkdir. Bu prinsip şagirdin fərdi dini ifadəsini qadağan etmək üçün əsas ola bilməz.

Tələblərimiz:

1. "Dünyəvilik prinsipinə uyğun olmayan geyim elementləri" ifadəsi qərardan çıxarılsın və ya dəqiq hüquqi tərifi verilsin.

2. Şagirdlərin dini geyimləri, o cümlədən baş örtüyü heç bir halda qadağan edilməsin.

3. Valideynlərin övladlarını öz dini və dünya görüşləri əsasında geyindirmək hüququ təmin edilsin.

 

Bu petisiyanı imzalamaqla siz də uşaqların hüquqlarının qorunmasına və ədalətsiz qadağanın aradan qaldırılmasına dəstək verirsiniz.

 

 

 

avatar of the starter
Lale SuleymanlıKampanyayı Başlatan Kişi

Kampanya Güncellemeleri

Bu kampanyayı paylaş

Kampanya 23 Eylül 2026 tarihinde başlatıldı