ITV "Eurovision"a münasibətini dəyiş

The Issue

"INFE Azerbaijan" Eurovision fan-klubunun Mədəniyyət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə və İctimai Televiziya və Radio Yayımları Şirkətinə müraciəti.

Biz - Azərbaycan Respublikasının vətəndaşları və ölkənin iki rəsmi fan-klubundan biri olaraq vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Eurovision Mahnı Müsabiqəsi ilə bağlı münasibətini dəyişməyə çağırırıq. Azərbaycan bir vaxtlar müsabiqədə ən uğurlu ölkələrdən biri kimi tanınırdı, lakin son illər İctimai Televiziyanın müsabiqəyə münasibəti kəskin şəkildə dəyişib. Məsuliyyət müsabiqədən xəbəri olmayanların üzərinə qoyulub və nəticədə ölkəmiz uğursuz nəticələr əldə etməyə başlayıb. Ən əsası isə bu nəticələri əcnəbi bəstəkarların bəstələdiyi mahnılar, hazırladıqları səhnələr ilə alırıq. 
Bu il isə daha da pis oldu. Ölkəmizin səsvermə saxtakarlığı ilə adı hallanmağa başlandı. Azərbaycanın Eurovisionda iştirakının səbəbi Avropada təmsil olunmaq, özünəməxsus mədəniyyətimizi, musiqimizi təmsil etməkdir. Amma təəssüf ki, İctimai Televiziya bunların heç birini etmir. Avropada əksər müsabiqə həvəskarları azərbaycanlıların öz mahnılarını yaza bilmədiklərini düşünür və ölkəmiz haqqında bu kimi bir çox fərziyyələrə sahibdirlər. Ona görə də dəyişikliyin vaxtının gəldiyini düşünərək, başlanğıc olaraq bu petisiyanı yaratmağa qərar verdik.

INFE Azərbaycan fan klubunun çağırışı:

•    İctimai TV-nin müsabiqəyə yanaşması dərhal dəyişilsin,
•    Hazırkı nümayəndə heyəti işdən azad edilsin, çünki orada çalışan insanların əksəriyyətinin müsabiqə ilə heç bir əlaqəsi yoxdur,
•    Yeni komandaya sadəcə 5 ay deyil, daha çox vaxt verilsin,
•    Yeni nümayəndə heyətinin rəhbəri layihə müddəti ərzində qərarlarda daha çox sərbəstliyə sahib olsun,
•    Yerli musiqiçilər motivasiya olunsun və müsabiqəyə cəlb edilsin,
•    İctimai Televiziya tərəfindən mahnı yazma düşərgələri yaradılsın, həm xarici, həm də yerli musiqiçilər cəlb olunsun,
•    Yerli azarkeşlər diqqətdən kənarda qalmasın, əksinə, onların narahatlıqlarına diqqət yetirilsin,
•    Mahnı və təmsilçi seçimi şəffaf olsun, Azərbaycan əhalisinə seçim hüququ verilsin,
•    Layihədə əcnəbi komanda olsa belə yerli insanlar komandaya cəlb olunsun və yerlilərin gələcək işlər üçün prosesi öyrənmələri təmin edilsin.

This petition had 361 supporters

Petition Updates

Share this petition

Petition created on May 18, 2022