Dur de Azerbaycan'da atların vahşice öldürülmesine

Kampanya metni
Azərbaycanda atlara qarşı münasibət uzun müddətdir ciddi narahatlıq doğurur. Atçılıq təsərrüfatlarında, yarış və məşq proseslərində atların fiziki və psixoloji işgəncəyə məruz qalması, baxımsız saxlanması, həddindən artıq yüklənməsi halları geniş yayılıb.
Bu sahəyə cavabdeh olan atçılıqla məşğul qurumlar və federasiya faktiki olaraq fəaliyyətsizdir. Dövlət tərəfindən səlahiyyət verilmiş qurumların nə real nəzarəti, nə də məsuliyyəti görünür.
Əgər federasiya mövcuddursa:
niyə atların vəziyyəti bu qədər acınacaqlıdır?
niyə yoxlama və cəza mexanizmi işləmir?
Əgər federasiya bu işi bacarmırsa, onun fəaliyyəti ya aktivləşdirilməli, ya da ləğv olunmalıdır.
Atların “sosiallaşdırılması” adı altında edilənlər isə çox vaxt yalnız ölümə yaxın mərhələdə ortaya çıxır. İşgəncə pik nöqtəyə çatandan sonra edilən sosiallaşmanın heç bir mənası yoxdur.
Bu müraciətlə tələb edirik: Azərbaycanda atçılıqla məşğul olan bütün qurumların tam və şəffaf yoxlanılması
Atçılıq federasiyasının fəaliyyətinin rəsmi araşdırılması
Atlara qarşı zorakılıq edən şəxslər və təsərrüfatlar üçün real sanksiyaların tətbiqi
Dövlətin bu sahəyə birbaşa nəzarət mexanizmi yaratması
Bu, təkcə heyvan hüquqları məsələsi deyil. Bu, vicdan, məsuliyyət və dövlət nəzarəti məsələsidir.
452

Kampanya güncellemeleri
Bu kampanyayı paylaş
Kampanya 26 Ocak 2026 tarihinde başlatıldı