Əngəlsiz kredit hüququmuz olsun!

Проблема

Əlilliyi olan şəxslər adından müraciət

Cənab Prezident,

Dövlətimiz tərəfindən ratifikasiya edilmiş “Əlillərin hüquqları haqqında konvensiya”nın Preambulasında deyilir ki, əlillik təkamül edən anlayışdır və əlillik insanların səhhətinin pozulması ilə onların münasibət və mühit baryerləri arasında baş verən və bu insanların cəmiyyətin həyatında digərləri ilə bərabər səviyyədə tam və səmərəli iştirakına mane olan qarşılıqlı təsirin nəticəsidir, bununla yanaşı əlillər üçün şəxsi seçim etmək azadlığı da daxil olmaqla, onların şəxsi sərbəstliyi və müstəqilliyi çox vacibdir.

Çox təəssüf ki, əlilliklə bağlı əsasən mühit baryerlərinin mövcudluğu bizim cəmiyyətin həyatında tam dəyərli və dolğun iştirakımıza əngəl törətməkdə davam edir. Belə ki, bu baryerlərin aradan qaldırılması üçün ehtiyacımız olan bir çox reabilitasiya vasitələri qiymətlərinin baha olması səbəbindən bizim üçün əlçatmaz olaraq qalır.

Bu vəziyyətdən daha çox ağır əlilliyi olan şəxslər əziyyət çəkir. Miopatiya (xroniki sinir-əzələ xəstəlikləri), SMA (onurğa əzələlərinin atrofiyası), dağınıq skleroz kimi xəstəliklər orqanizmin bütün əzələlərini sıradan çıxardığndan həmin şəxslərin sosial inteqrasiyasına yardım edə biləcək texnologiyanın son nailiyyətlərini özündə birləşdirən elektrik mühərrikli arabalar, qaldırıcı-daşıyıcı qurğular, boyun dəstəkləyiciləri, qol dəstəkləyiciləri, kompyuterlər və ağıllı telefonlar kimi reabilitasiya vasitələrinin seçilməsi və əldə edilməsi vacib şərtlərdən birinə çevrilir. Üstəlik bu vasitələr və qurğular hərəkət məhdudiyyəti olan və gündəlik ehtiyaclarını başqalarının köməyi ilə ödəyən şəxslərə qulluq edənlərin də həyat keyfiyyətinin yaxşılaşmasına da səbəb olacaqdır. Belə ki ağır əlilliyi olan şəxs həmin vasitələrin köməyi ilə daha çox fərdi müstəqilliyə malik olacaq və ona qulluq göstərən yaxınlarından daha az asılı olacaqlar.

Təbii ki, texnologiyanın son yenilikləri, görmə-eşitmə məhdudiyyəti olan şəxsləri də daxil etməklə, bütün əlilliyi olan şəxslərin onların kəskin ehtiyac duyduğu vasitələrlə təmin edilməsində böyük kömək ola bilər. Bu texnologiyalar onların informasiya, təhsil dünyasına çıxışını asanlaşdıracaq və özünüməşğulluq imkanlarını artıracaqdır.

Bu da bir faktdır ki, ehtiyac duyduğumuz və müasir texnologiyanın tələblərinə cavab verən reabilitasiya vasitələri çox baha olduğundan onları nəğd yolla və qısa bir zamanda əldə etməyimiz qeyri-mümkündür, aidiyyatı qurumlara etdiyimiz müvafiq müraciətlərə də təxminən belə cavab alırıq: “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi proqramında” bu məqsədlə vəsait nəzərdə tutulmadığı üçün qaldırdığınız məsələnin həllinə köməklik göstərilməsi imkan xaricindədir”.

Lakin biz də həyatımızı nəyinsə, nə vaxtsa dəyişəcəyini gözləyərək yaşamaq istəmirik. Biz müsbət dəyişiklikləri öz həyatımıza gətirmək, özümüz də müsbət dəyişikliklərə səbəb olmaq istəyirik. Çünki həyat ötüb keçən ömür gün deyil, həyat yaşanan gözəl gündür. Bizim həyatımiz başqalarına möhtaclıq ucbatından, çox təəssüf ki, beləcə ötüb keçir.

Bu səbəblə də biz, müxtəlif əlilliyi olan şəxslər, həm öz həyat keyfiyyətimizi, həm də bizə qulluq edən şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ehtiyacımız olduğu bahalı avadanlıqları bank krediti ilə almaq istəyirik. Təəssüf ki, Azərbaycan Respublikası ərazisindəki banklar daxili normativlərini bəhanə gətirərək əsasən 1-ci qrup əlilliyi olan şəxslərə kredit verməkdən imtina edir ki, bu da bizdə ölkəmizin tam dəyərli vətəndaşı olmadığımız təəssüratını təsdiqləyir.

Nəzərə almaq lazımdır ki, “Əlillərin hüquqları haqqında konvensiya”nın Preambulasına əsasən “əlillik əlamətinə görə istənilən şəxsə qarşı ayrı-seçkiliyin insan şəxsiyyətinə xas olan ləyaqətin və dəyərlərin alçaldılması deməkdir”. 

Yuxaırda göstərilənlərə və “Əlillərin hüquqları haqqında konvensiya”nın müvafiq bəndlərinə (Preambula – e, h, i, j, n, o, t, v, x, y; Maddə2 – Anlayışlar, Maddə 20 – a, b) əsaslanaraq, əlilliyi olan şəxslər üçün şəxsi seçim etmək azadlığı da daxil olmaqla, onların şəxsi sərbəstliyi və müstəqilliyinin vacib olduğunu nəzərə alaraq,

1.    Ehtiyacımız olduğu reabilitasiya vasitələrini əldə edərək, onlardan tezliklə faydalana bilməyimiz üçün bizə uzunmüddətli və aşağı faizli kreditin (təxminən 10 il, illik 2% olmaqla) verilməsi məqsədilə “Əngəlsiz kredit” adlı müvafiq dövlət proqramının hazırlanması (məsələn, 5 milyon manat maliyyə vəsaiti ayrılmaqla “Əngəlsiz kredit” fondu yaradıla və bununla bağlı bütün proseslərin icrası  müvəkkil banka həvalə edilə bilər; korrupsiyanın qarşısını almaq, həm də əlilliyi olan bütün şəxslərin bərabər faydalanmasını təmin etmək üçün bir əlilliyi olan şəxsə yalnız 1 (bir) kredit hüququndan yararlanmaq imkanı verilsin, kredit alan şəxs kreditin 75%-ni bağlayandan sonra növbəti kredit almaq hüququna malik olsun, bununla bağlı müvafiq qurum, məsələn, Əngəlsiz Kredit Fondunu yaradılsın);

2.    Əlilliyi olan şəxslərin ehtyacı olduğu qurğular və reabilitasiya vasitələrinin əksəriyyətinin ölkə xaricindən sifariş edilərək ölkəyə gətirildiyini nəzərə alaraq, onların gömrük rüsumundan azad edilməsi

üçün göstəriş verməyinizi xahiş edirik.

avatar of the starter
Sevda SafaraliyevaАвтор петиции
Эта петиция собрала 607 подписантов

Новости этой петиции

Поделиться этой петицией

Петиция создана 20 декабря 2019 г.