Uşaq pulu bərpa olunsun!

0 kişi imzaladı. Hedefimiz 7.500.


Dövlətin ən qiymətli sərvəti uşaqlardır. Ölkəmizdə uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək məsuliyyətli, mənəvi qüvvə və böyük xərc tələb edən bir işdir. Artıq uzun illərdir ki, ölkəmizdə aylıq “uşaq pulu” – dövlət tərəfindən verilən müavinət ləğv edilib. Bu qərar həm uşaqların say artımına, həm də sağlam qidalanmağına mənfi təsir göstərib. Buna səbəb isə heç şübhəsiz ki, uşaqların qida, ləvazimat və geyimlərinin çox baha olması, uşaqlar üçün tibbi sığortanın yox dərəcəsində olması, bağçalara, məktəblərə qəbul qaydalarının şəffaf olmaması, uşaq poliklinikalarında uşaqların qəbulunun və davamlı müayinəsinin pulsuz aparılmamasıdır.

Biz valideynlər uşaq pulunun bərpasını tələb edirik. Dövlət öz vətəndaşına, gələcəyin əsgərinə sahib çıxmalı, qayğısına qalmalı və onun sağlam qidalandırılaraq böyüdülməsinə yardım etməlidir. Sağlam uşaq, gələcəyin güclü ordusu deməkdir. Vətəni qorumaq üçün sağlam və igid Azərbaycan əsgəri yetişdirən valideynlərə yardım edilməlidir.