

Mənim yeganə 16 yaşli yeniyetmə,tam sağlam balamı ömrünün ən gözəl bahar çağında nəbzi vura-vura, ürəyi döyünə-döyünə “ölü” elan edərək, canlı donor təşkil elədilər. Həkimlər və polis-prokurorluq işçiləri birləşib bunu ailəmizin xəbəri olmadan, bizim istəyimizə qarşi çıxaraq, qeyri qanuni şəkildə təşkil etdilər. Xədicə balamın qan təzyigi 100/48 (normadan aşaği) olduğundan biz ona təcili yardim çağırdıq. Həkim Qardaşova Ellada gəlib ona bu təzyiqlə isopril, anaprilin və 3-cü naməlum dərman verib komaya saldı. Hər dərmanı verdiyində onun təsirini güçləndirmək üçün qızıma həbləri dilinin altinda saxlamasını tələb edirdi. Anaprilinin təsiri orqanizmdə 20-24 saat qalır, odur ki aşağı təzyiqlə qızıma anaprilini verən Qardaşova bunu, onun uzun müddət komadan oyanmaması üçün etdi. O, qızımın oyanmamasını qarantiya etmək üçün ona həmçinin oksigen balonunu da 2-1 dəqiqədən artiq vermədi. Qardaşova qızımı diri ikən “ölü” elan edib, onu 2 maşınla evimizə, onun çağırışıyla basqı edən 34N-li polis işçilərinə “həkim yanında ölüm” adıyla təhvil verdi. Halbuki qızımın nəbzi vururdu, özü də ölməmişdi. Bacım ekspert Qardaşovadan tələb etdi ki o Xədicəyə, onu özü saldığı komadan çıxarmaq üçün adrenalin vusun, lakin çevik polis işçisi qızıma adrenalin vurmağı, onu komadan çıxarmağı qadağan etdi. Zatən Qardaşova elə o məqsədlə polis naryadı çağırmış və Xədicəni diri ikən “ölü” elan etmişdi ki, daha kimsə qızımı komadan çıxara bilməsin. Beləliklə həkimlər nə beyin ölümünün, nə ümumiyyətlə ölümün baş vermədiyi halda qızımı diri-diri polislərə orqan donorluğuna təhvil verdilər. Bu zaman bizə Konstitusiya qanunlarıyla vəd olunan bütün haqlarımız tapdalandı. Bizim mənzil toxunulmazlığı haqqımız tapdalandı. Belə ki, stajor-müstəntiq P.Eyvazov hesabatda da yazıb ki, polis evimizə gələndə Xədicə sağ idi. Xədicə sağ ikən polisin bizim evimizdə nə işi var idi? Polis, özü də çevik polis, özü də 2 maşın naryad, ancaq hadisə yerinə gedir. Bizdə məgər hadisə baş vermişdi ki, onlar gələn kimi qapıdan diri balam haqda: “O ölüb, verin aparaq, ekspertiza edək”- deyə tələb edirdilər? Və sonunda da balamı diri-diri yarıb orqanlarını oğurladılar. Onlar bilirdilər ki qızım sağdır, buna baxmayaraq qızımın yardımsız vəziyyətindən bəhrələnərək, onu işkəncə ilə öldürdülər. Mənim yeganə balamın yaşama haqqı, sağlamlıq təminatı – bütün hüquqlarımız əlimizdən alındı. Qızım komada ikən, tibbi-məhkəmə eksperti Şıxammədov Anar onun sümük iliyi, istisnasız bütün orqanları, toxumalarını narkozsuz işkəncə ilə götürüldükdən sonra “skeletin anatomik düzgün olduğunu” hesabata yazdı, qızımın üzərinə başqa dəri yapışdırıb, bununla içəridən onun bütün orqanlarını oğurladığını gizlətdi.
Morqdakı kameranı bizdən, vermələrini tələb etdiyimizə baxmayaraq, 2 ildir gizlədilir; Morqun kamerasına düşən subutlar gizlədilir: kliniki biokimya üzrə ekspert bacımın qızımın nəbzini yoxlayıb Anar Şıxammədova bunu söylədiyi , bacımın Şıxamədovdan antidot -elektroşoker istədiyi , bacımın deməsi ki , siz bizi aldatdız (bizə evdə polis and içdi ki , xəstəxanaya antidot -elektroşoker olan yerə aparacaq ) , polislərin uşağı əlimizdən dartaraq , onların balamı bizdən onların güçü tədbiginə uşağı almaları , ailə üzvlərinin aldadılması üçün uşağın isti , yumşağ , ağ-appağ belində meyit ləkələrinin illyuziyasının yaradılması üçün telefon işığından istifadə etmələri . Necə Şıxammədov bizi, 5 nəfər ailə üzvünü aldatdı ki, analiz üçün qan götürüb uşağı 5 dəqiqəyə qaytaracaqlar . Necə ki, mən istəmirdim balamdan qan alınsın. Necə ki, ekspert bacım dedi ki, onda qadın həkim verin, nəzərə alın ki uşağ sağdır , nəbzi vurur, uşağı tez qaytarın ki , bizi xəstəxanada gözləyirlər . Necə ki , məni qoymadılar uşağımın yanında olum qan analizi adı ilə bizi aldadanda . Necə atam diz çöküb , uşağın orqanlarına toxunmayacaqlarının vədini aldı. Necə mən yüksək səslə qadağa qoydum doğmalarımın hansısa sənədə imza vurmalarını və s... Bütün bunlar morqun kamerasında öz əksini tapıd. Balamı işgəncə ilə öldürmələri, qanunsuz canlı donor təşkil etmələri də morqun kamerasında çəkilib. Bizim Bakı prokurroluğundakı görüşümüzdə Elşən Abbasov Bakı şəhər prokurorluğunun prokuroru Xatai prokuroru Sardar Imanovdan soruşanda ki, morqun kamerası var? Sardar Imanov dedi ki ,"VAR".Elşən Abbasov dedi ki, " təqdim edin ". Ancaq Xətai və Yasamal prokurorluğunun müstəntiqləri sənədləri saxtalaşdıraraq , subutları gizlətməyə çalışır və qüya morqun kamerasının olmamasını bizə deyirlər. 3 müstəntiq dəyişib şikayyətlərimizi nəzərə alaraq . Yasamal prokurorluğunun müstəntigi Sayad Abbasov görüşdə məndən soruşdu ki: "niyə bizə deməliydilər ki , uşağdan analiz üçün qan alınacaq.?"... Qardaşovanın evimizdə çıxardığı kardioqrammanı da gizlədirlər. Lakin Qardaşova və onun tibb bacısı assistenti İsmayılova Aybəniz Almaz qızının sözlərindən P.Eyvazovun hesabatda yazdığı da təsdiqləyir ki, qızımda qulaqcıq taxikardiyasından başqa heç nə yox idi, saturasiya 94 idi. Qızımın işinə aid olan indiyə qədərki bütün sənədlər saxtalaşdırılıb. Belə ki, sənədlərdə qızımda guya sirroz olduğu uydurulub, halbuki özləri də yazırlar ki qızım ağappağ idi (sirrozda insan saralır). Uydururlar ki, guya qızımda ağciyər emfizeması var idi, halbuki Şıxammədov yazır ki ağciyər elastikdir (emfizemada elastiklik itir). Uydurublar ki, guya qızımda anemiya fonunda xroniki ürək distrofiyası var idi, halbuki qızımda heç vaxt nə anemiya, nə başqa hal olmayıb ki , xroniki ürək distrofiyası da yarana (sübutlar mövcuddur). O gün evimizə ikinci ambulans maşını ilə ikinci həkim də gəldi, bütün qonşularımız bunu gördü. Bu həkimi Təcili Yardım mərkəzdən, biz anaprilinin antidotunu tələb edəndə Qardaşova “filənkəsi göndərin” sözləriylə göndərilər. O həkim də balama oksigen balonunu qoşandan 1 dəqiqə sonra, bacım: “Şükür Allaha, Xədicə barmağını tərpətdi”- deyən kimi ayırdı. Mən ondan “Niyə ayırdın oksigeni? Qoş da!” - tələb eləsəm də, o balama oksigeni qoşmadı; o da bizə xəbər vermədən balamı diri ikən polislərə “ölü” adıyla təhvil verərək onun oqranlarının oğurlanmasını təmin etdi. Lakin bu ikinci həkimin adı da gizlədilir. Ancaq sağlam insan donor ola bilər. Polis işçiləri mənə söz verdi ki, qızımla bizi antidot, elektoşoker olan xəstəxanaya aparacaqlar, lakin bunun əvəzində bizi diri qızımla birgə, birbaşa morqa apardılar. Morqda bizə söz verdilər ki, qızımdan ancaq qan analizi üçün qan alıb 5 dəqiqədən sonra qaytaracaqlar. Mən yenə də qızımı vermirdim, fəryad qopardım ki: “Vermirəm qızımı, vermirəm!!!”, lakin qızımı əlimdən zorla aldılar. Anar Nurməmməd oğlu Şıxammədov və Xətai rayon məhkəmə-tibbi ekspertizanın rəisi Seyidaslan Ağalarov Konstitusiya qanunlarını pozaraq, ana başda olmaqla 5 nəfər qohumu polislə qorunan bağlı qapı arxasında qoyaraq mənim yeganə yeniyetmə qızımdan işkəncə ilə qiyməti milyonlarla hesablanan bütün oranlarını oğurladılar. Mən qızımdan, qəlir əldə etmək məqsədilə 1 qramm qiyməti 39000 manat olan sümük iliyi (yeniyetmənin bədənində 2 kq qırmızı sümük iliyi olur) və orqan- toxumalarını acımasızcasına oğurlanmasını təşkil etmiş bütün cinayətkarların məsuliyyətə cəlb edilməsini tələb edirəm. Onlar, mütəxəssis həkimlər tərəfindən beyin ölümü təsdiqlənmədən, tələb olunan müddətdə reanimasiya vermədən, ölüm baş verməmiş halda, anaya xəbər vermədən, ana və qohumların icazəsi olmadan, uşağin anası və qohumlarını aldatdılar ki, guya qan analizi edəcəklər, amma bunun əvəzində stajor-müstəntiqin gərarı ilə qeyri-qanuni tibbi ekspertiza adı altında qızımın nəbzi vura vura ondan bütün oranlarını mənimsədilər-oğurladılar. Mən orqan donorluğunun qurbanı olan qızımın orqan identifikasiya nömrəsinin tapılmasını tələb edir, qızımdan zorla alınmış istənilən orqan-toxumasının kiməsə köçürülməsini qadağan edirəm. Mən, canlıdan orqan donorluğunu təşkil etmiş bu mafiyanın qurbanı olan qızımın bütün orqan və toxumalarının qızıma qaytarılmasını və qızımın qəbrində, onun yanında basdırılmasını tələb edirəm. Eyni zamanda bütün dövlət strukturlarını, o cümlədən dini qurumları “susmaqla donorluq” təşkilini dayandırmağa dəvət edirəm. Mən “meyid donorluğu”nu dayandırmağa dəvət edirəm, çünki mənim 16 yaşlı yeniyetmə qızım bunun xatirinə Azərbaycan Konstitusiyasına zidd olaraq diri ikən “meyit” elan edildi və ailə üzvlərinə xəbər verilmədən işkəncə ilə diri-diri parçalanıldı. Bacımla mən balamın başının üstündə onun nəbzini yoxlaya-yoxlaya masaj edərək qaldığımızda, heç mənə xəbər belə vermədilər ki, qızımı “ölü” adıyla morqa aparacaqlar. Morqda balamın nəbzi vura-vura orqanlarını oğurlayıb, bizi onu öldürmələri faktının qarşısında qoydular ki, Onlar qızımı, orqanlarını oğurlayaraq öldürdülər ki: “indi daha aparıb basdıra bilərsiz”. Mən Allahdan bütün bu quldurlara, onların bizə yaşatdıqlarını Yaşatmasını diləyirəm: Aləmlərin Rəbbi olan Allah onlara və onlara dəstək olanlara bu faciəni birin birə eynisini Yaşatsın. AMIN.
Xahiş edirəm Azərbaycan Respublikasının Konstitusiya qanunlarını kobudcasına pozaraq ,valideyinlərindən xabərsiz , 16 yaşlı yeganə yeniyetmə balamı koma-əlacsız vəziyyətdən faydalanaraq işgəncə ilə CANLI DONOR təşkil edənlərini araşdırıb cinayyət məsuliyyətinə cəlb edib CƏZALANDIRASINIZ.