Bakı Metrosunda bütün qatarlar kondisionerli olsun!

0 have signed. Let’s get to 5,000!


Metro dünyada ən rahat nəqliyyat növüdür - əsl kasıb malı. Nə tıxaca düşürsən, nə getdiyin yerə gecikirsən. Bizim Bakı metrosu gözəl olduğu qədər də dözülməzdir. İstidən və havasızlıqdan nəfəs almaq olmur. Elə bil metro yox, hamamdır. Metroda qatarların hamısı kondisionerli olsa, insanlar şəxsi avtomobil  almağa can atmaz, bu həm tıxacın qarşısını alar, həm də onsuz da çirkli olan ekologiyanı daha da pis hala salmaz. Regionun lider dövlətinin 2018-ci ildə belə metroya sahib olması utancvericidir. İnanmıram ki, iqtisadiyyatı belə sürətlə inkişaf edən bir ölkənin 50 ildir qatar almağa pulu olmasın. Gəlin birlikdə rahatlığımız üçün müraciət edək.