Петиция закрыта

Viruslu Hepatit - "Səssiz Qatil" Hökm deyil !

Эта петиция собрала 38 подписантов


Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu il 18 saylı Qərarı ilə 28 İyul Hepatitlə Beynəlxalq Mübarizə Günü elan edilmişdir. Bu tarix qlobal ictimai səhiyyə problemi kimi, bütün dünya ölkələrində viruslu hepatitə yoluxmaya qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edir.

Bu gün dünyada hepatit B və C virusuna yoluxmuş  xəstələrin sayı 400 milyona yaxındır. Hər il bu xəstəlikdən 1,4 milyon insan dünyasını dəyişir. Bu, hər gün 4 000 nəfər deməkdir! 

Xroniki Hepatit virusunu təhlükəli edən onun inkubasiya dövrünün uzunmüddətli olmasıdır. Virus orqanizmə düşdüyü zaman əksər hallarda insan heç nə hiss etmir, yəni qaraciyərinin tədricən məhv olduğunu bilmədən uzun illər yaşaya bilir. Bu təhlükə mənbəyinin qarşısını almağın ən effektiv yolu virusun insan orqanizmində vaxtında təyin edilməsidir.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva viruslu hepatitlə mübarizə tədbiri kimi  nikahdan əvvəl icbari tibbi müayinə siyahısına Hepatitlərin salınmasını təklif edir! Siz də qoşulun! Siz də Səs verin!

2015 il yanvarın 1-dən qüvvəyə minmiş “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, nikahdan əvvəl icbari tibbi müayinə siyahısına QİÇS, sifilis və talassemiya salınıb. Bu müayinələr siyahısına Hepatit B və Hepatit C  viruslarının da salınması son dərəcə vacibdir. Statistika göstərir ki, il ərzində orta hesabla ölkədə 70-80 min nikah qeydə alınır. Bu isə 140-160 min insanın müayinə olunması, vətəndaşların sağlamlığının qorunması, sağlam gələcək nəslin yetişməsi, ailənin digər üzvlərinin riskli yoluxma hallarından mühafizəsi və ailə münasibətlərinin düzgün tənzimlənməsi deməkdir. Bu önləyici tədbirlər virusun yayılmasının qarşısını alan ən effektli alətdir.

o     Nikah öncəsi müayinə zamanı cütlüyün birində Hepatit B virusu aşkarlanarsa, digərinə virus əleyhinə peyvənd vurmaqla, həm Hepatit B, həm də Hepatit Delta virusuna yoluxmanın qarşısını almaq olur.

o     Hepatit C əleyhinə peyvənd yoxdur. Ancaq bu virusun cinsi yolla yoluxma və anadan dölə keçmə  təhlükəsi isə 5% təşkil edir.

Hepatit C Virusu artıq müalicə olunur!!!

Kifayət qədər böyük vəsaitlər hesabına başa gəlsə də, indi bu xəstəliyin müalicəsi mümkündür!  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə artıq  90 faiz sağalma nəticələri verən YENİ müalicə üsulları var. Müalicələrin bəziləri inyeksiyasız və 12 həftəlik dərman kursları vasitəsi ilə aparılır.

15 Sentyabr 2017 tarixindən başlayaraq “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin https://www.facebook.com/WIDQT/ səhifəsində viruslu hepatitlər haqqında - xəstliyin növləri, yoluxma yolları və riskləri, qorunma tədbirləri və vasitələri, profilaktikası, peyvəndlər, tətbiq edilən yeni müalicə üsulları və həmçinin dövlət hesabına müalicə proqramı haqqında mütəmadi məlumatlar veriləcək. Mövzu ilə bağlı istək və təkliflərinizi bizə göndərə bilərsiniz. 

Sağlamlığınıza dəyər verin! Profilaktik müayinələrdən keçin! Sağlam olun!



Cегодня İnkişafa Doğru Qadın Təşəbbüsü рассчитывает на вас

İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyi нуждается в вашей помощи с петицией «Vətəndaşların nəzərinə! : Viruslu Hepatit - "Səssiz Qatil" Hökm deyil! Sağlam Gələcək Naminə Səs verin!». İnkişafa Doğru Qadın Təşəbbüsü и 37 участников этой кампании рассчитывают на вас сегодня.