"Ulduz" və ya "Xalqlar dostluğu" stansiyalarından biri ÜZEYİR HACIBƏYLİnin adını daşısın.

0 kişi imzaladı. Hedefimiz 1.500.


"Ulduz" kimi ümumi isimdənsə əlbəttə tarixi yer adı olan "Böyükşor" daha yaxşıdı. Eyni prinsiplə "İnşaatçılar"ın da adını dəyişib "Yasamal" qoysaq doğru addım olar. "Xalqlar dostluğu" adı isə ümumən götürəndə pis deyil, xoşniyyət bir addır. Daşkənddə təxminən eyni dönəmdə tikilmiş eyni adlı metrostansiya var. Görünür o dövrdə mərkəzdən gəlmiş direktiv olub. Onun əvvəlinə "Qarabağ" əlavə edib "Qarabağ-Xalqlar dostluğu" qoysaq düşünürəm ki, gələcəkdə ola biləcək sülh prosesi ilə bağlı xoşniyyət mesaj vermiş olarıq. Məsələyə digər rakursdan baxdıqda isə Q. Qarayevin adına metrostansiya olduğu halda dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin adına daşıyan metrostansiya niyə olmasın? Mən təklif edirəm ki, "Ulduz" və ya "Xalqlar dostluğu" stansiyalarından birinə bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi ÜZEYİR bəy HACIBƏYLİnin adı verilsin.