Məqsədimiz Azərbaycanın hər yerində maarifçilik hərəkatı başlatmaqdır.

0 kişi imzaladı. Hedefimiz 1.000.


Məqsədimiz uşaqları, məktəbliləri real həyata hazırlamaq...Texniki tərəqqinin mənfiliklərindən onları qorumaq ...Gələcək nəslin daha düzgün bir istiqamətdə formalaşması üçün bütün inkişafa meyilli gəncləri birləşdirmək və Azərbaycan cəmiyyətini az da olsa dəyişməkdir...Bunun üçünsə kənd məktəblərinə uşaqlarına həyata baxışlarını dəyişəcək onlara  insani hisslər aşılayacaq,vətənpərvərlik yönündə formalaşdıracaq kitablar göndərmək və onlarda ilkin mütaliə vərdişlərini inkişaf etdirmək lazımdır...Bundan əlavə kənd yerlərində və şəhər mərkəzlərində müxtəlif seminarlar və tədbirlər keçirərək insanları hərtərəfli maarifləndirmək və daha gözəl bir həyatın necə ola biləcəyini ,özlərindən başqa digər insanları,vətəni düşünmək lazım olduğu yönündə təbliğatlar aparmaq lazımdır ...Biz İnstagramda "Kitablarla inkişaf edək " ailəsi olaraq 2 ilə yaxındır ki bu yöndə çalışırıq...Bakıdan kitablar,dərs vəsaitiləri toplayaraq kənd məktəblərinə aparır ,onlarla mütaliə və təhsilin müsbət yönləri haqqında danışır və mütamadi olaraq məktəblərlə əlaqə saxlayırıq...Hazırda 20 məktəbdə layihəni tətbiq etmişik və oxucularımızın sayı günbəgün artır uşaqlarla yanaşı valideynlər və müəllimlər də mütaliə edir və özlərini müəyyən mənada dəyişməyə çalışırlar...Daha çox məktəbliyə təsir etmək üçünsə birləşmək və birlikdə çalışmaq lazımdır...Sizləri də bizə qoşulmağa dəvət edirik ...Bizə qoşularaq bizimlə birlikdə addımlaya,layihəyə kitablarla dəstək ola  və ya " Aylıq 1 manat" layihəmizə qoşularaq məktəblər üçün kitabların alınmasında iştirak edə və verdiyiniz hər bir manatın nə üçün xərcləndiyini izləyə bilərsiniz..Gəlin birləşək və işıqlı gələcək üçün birlikdə çalışaq .Biz bir olanda Azərbaycan oluruq ��..