Təhsilimizi məhv edən rüşvətxor rektorlar vəzifələrindən uzaqlaşdırılsın!!!

0 kişi imzaladı. Hedefimiz 7.500.


11.03.2019 tarixində GDU rektoru Yusif Yusibov cənablarının rektor vəzifəsində işləməsinin 5 illiyi tamam olur. Respublika Prezidenti  10 dekabr tarixində  “Təhsil haqqında qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Həmin fərmana görə universitet rektorları 5 il müddətinə təyin olunurlar. Təbii ki , bu fərman yeni təyin olunan rektorlara aiddir. Ancaq bu 5 il ərzində Yusif Yusibov cənabları ən əxlaqsız, savadsız və trolluqla məşğul olan insanlara yüksək vəzifə verərək, GDU-da təhsili sıfır səviyyəsinə endirmişdir. Son imtahan sesiyasında minlərlə tələbənin imtahanlardan artıq rüşvət alınması üçün kəsilməsi də yenicə sakitləşən Gəncə regionunda əlavə gərginlik yaratmışdır. Bundan başqa Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşı kimi məni 2012-ci ildə 52 və 29 sutkalıq aclıq aksiyalarından sonra yenə də aclıq aksiyasına başlamağıma səbəb olan bu mənəviyyətsiz rektor, aclıq aksiyamın 10-cu sutkası olmasına baxmayaraq, hələ də mənimlə maraqlanmayıb.  Buna görə Respublika Prezidentindən xahiş olunur ki, müstəsna hal kimi qanunun geriyə təsirinin olmaması müddüasını Yusif Yusibov üçün unudub,   11.03.2019 tarixində rektorun vəzifəyə təyin olunmasının  5 illiyinin tamam olduğun nəzərə alıb, onu vəzifəsindən uzaqlaşdırsın. Bundan başqa 5 ildən çox rektor işləyən alimləri də öz yerlərinə işlərini yoxlayıb, yenidən təyin etsinlər ki, onlar da bu fərmanın təsirinə hüquqi cəhətdən düşə bilsinlər.
Təhsilimizi məhv edən rüşvətxor rektorları vəzifədən uzaqlaşdırmağı Respublika Prezidentindən xahiş edirik.