Mübariz Mənsimovla bağlı Türkiyə Cümhurbaşqanına məktub

0 kişi imzaladı. Hedefimiz 1.000.


Sayın Cümhurbaşqanımız!

Azərbaycalı iş adamı, xeyriyyəçi, azərbaycanlıların xüsusi hörmət bəslədiyi Mübariz Mənsimov (Qurbanoğlu) İstanbul Məhkəməsi tərəfindən FETÖ soruşdurması çərçivəsində həbs olunmuşdur. Biz türk yarğısının ədalətinə güvənirik. İş həyatında Türkiyə-Azərbaycan dostluğunu, hüququn aliliyini özünə əsas götürən M.Mənsimovun FETO çetesi ilə əlaqəsi olmasına inanmırıq. Buna görə də M.Qurbanoğlunun həbsi bizi üzür.

Sizdən xahiş edirik ki, M.Mənsimovla bağlı aparılan istintaqı nəzarətinizə götürəsiniz və istintaqın aparıldığı müddətdə M.Mənsimovun azadlıqda qalması və onun hüquqlarının qorunmasını təmin edəsiniz.

Sizə və Türkiyəyə dərin sevgi ilə...