Sumqayıt əhalisini zəhərli zibil tüstüsündən qurtarın

0 kişi imzaladı. Hedefimiz 2.500.


Sumqayıt şəhərində 326.000 sakin yaşayır. Sakinlər illərdir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Zibil Poliqonunda yandırılan zibil tüstüsündə kütləvi boğulurkütləvi zəhərlənirlər. Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu fövqəladə vəziyyətə diqqət yetirməsi və çözüm icra etməsi zəruridir. 

"Gənclik Şəhəri" Sumqayıtda illərdir hökmranlıq edən bu şərait ağciyərdə xərçəng, vərəm və digər ölümcül xəstəliklər üçün "cənnətdir". On il bundan öncə Respublikada 11 min nəfərə yaxın vərəm xəstəsi vardı və hər il 4-5 min yeni vərəmli xəstə aşkar olunurdu (Səhiyyə Nazirliyi). Vərəm kimi ölümcül və tezyoluxan xəstəliyi daşıyan insanlardan neçəsinin Sumqayıtda yaşadığı və sayın necə dəyişdiyi kampaniyamıza məlum deyil.

Ekoloji zəhərlənmənin fəsadlarına şübhə edən sakinlərin nəzərinə: Azərbaycanda yeganə uşaq qəbirstanlığı Sumqayıtdadır. Orada kütləvi şəkildə ölmüş mutant, şikəst və ölü doğulmuş körpələr dəfn edilib.

Bundan əlavə, zəhərli tüstü insandan savayı digər canlıları da xəstəliklərə və mutasiyalara düçar edir. Bəzi xəstəliklər həm də süd, ət və tərəvəz məhsullarının tərkibində yayıla bilir. Demək mümkündür ki, Sumqayıtda 326 min insan həm birbaşa, həm də dolayı yolla sağlamlıq təhlükəsində yaşayır - illərdir hökm sürən bu şəraitdə xəstəliyə yoluxanların sayını demək mümkün deyil, lakin ağciyər xəstəliklərinin törəməsi və ağırlaşmasına sözügedən zəhərli tüstü birbaşa, şəksiz və şübhəsiz zəmindir.

Sözügedən kütləvi zəhərlənməni dayandırmaq üçün ən tezi 2015-ci ildən bəri Azərbaycan Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyində, və Sumqayıt Şəhər İcra Hakimiyytində tədbirlər görüldüyü söylənilir, lakin yeganə həqiqət budur ki, o zibil ilk dəfə yandırılan gündən bəri demək olar hər gün və qətiyyətlə hər həftə, hər ay və hər il insanları öz zəhəri və tüstüsilə boğmaqda davam edir.

Bu kampaniyaya imza ataraq, hələ dünyanı dərk etməyən bəbələrdən tutmuş, dünyanı tərk etmək astanasında bulunan ağbirçək-ağsaqqal əcdadlarımıza sevgilərlə biz
- 326.000 nəfərin zəhərli zibil tüstüsündən tez və birdəfəlik qurtulmasını,
- icma sağlamlığına diqqət və qayğı bəslənilməsini,
- ən azı beş ildir yetişmiş çözümlərin təcili icrasını istəyirik.