Spotify should be available in Azerbaijan

Recent news

Twitter-da paylaşım haqqında.

Bu kampaniyanı açarkən bu qədər imza alacağını heç düşünmürdüm və açığı bu qədər imza aldığından da xəbərim yox idi. Öncəliklə kampaniyanı imzaladığınız üçün çox təşəkkür edirəm. Ancaq sizdən bir şey daha istəyəcəm. Əgər Spofity həqiqətən Azərbaycana gəlsin istəyirsinizsə xahiş edirəm aşağıdaki yazını Twitter-da paylaşın:

#SpotifyAzerbaijan Spotify should be available in #Azerbaijan @Spotify @SpotifyCares

Bundan əvvəl İlyas Karimov adında biri community.spotify.com saytında bu haqda uzun-uzun yazmışdı. Spotify da cavab olaraq təəssüfki, sizin yazınız yetəri qədər vote almayıb. Mötərizə içərisində də yetəri qədərin ildə 100 olduğunu qeyd etmişlərdi. Bu da o post-un linki. Yəni, sözüm ondadır ki, yuxarıda qeyd etdiyim yazını burdan 200-300 nəfər Twitter-da paylaşsaq, həqiqətən Spotify-ın diqqətini çəkə bilərik. Bu kampaniyanın burda 4000-dən çox imza almasının bir mənası yoxdur. Çünki bundan Spotify-ın xəbəri yoxdur. Ona görə də əgər Spotify Azərbaycana gəlsin istəyirsinizsə, xahiş edirəm 2 dəqiqənizi ayırıb aşağıdaki yazını kopyalayıb Twitter-da paylaşın!

#SpotifyAzerbaijan Spotify should be available in #Azerbaijan @Spotify @SpotifyCares

Əlavə Spofity-ı və SpotifyCares-i mentionlayaraq və #SpotifyAzerbaijan hashtag-i ilə öz fikirlərinizi də yazıb paylaşa bilərsiniz.

Toghrul Nasirli
9 months ago