ANALOGU OLMAYAN IMTAHANA STOP DEYEK!!!

0 людей подписали. Следующая цель: 200


Bu petisiya illər boyunca aşağı səviyyəli təhsil sistemi tərəfindən yetişdirilib, 2-3 həftəlik təkmilləşdirilmə kursları kecib, dunya səviyyəli mütəxxəsis tələblərinə cavab vermək üçün yerli sertifikasiya komissiyasının işgəncə və özbaşınalığına dözmək məcburiyyətində olan ultrasəslə muayinə həkimləri tərəfindən tərtib olunmuşdur.
Sertifikasiya komissiyasının tərtib etdiyi suallar ultrasəslə muayinədən başqa rentgen, kompyuter tomorafiya, maqnit rezonansla müayinə və digər muayinə üsullarına aiddir. Nəzərə alsaz ki, bu müayinə üsullarının hər birinə yiyələnmək üçün ilərlə oxuyub təkmilləşmək lazım olduğu halda bizdən bu səviyyədə biliklərə bir necə ayda yiyələnməyi tələb edirlər, cəkdiyimiz mənəvi, maddi və fiziki əziyyətləri ğöz önünə az da olsa gətirə bilərsiniz.
Tələbimiz əsla sertifikasiyadan, imtahandan, təkmilləşmədən imtina deyil. Tələbimiz sertifikasiya suallarını ən azından 80 % nin bilavasitə ixtisasımıza-ultrasəslə müayinəyə aid olması , yenilənən suallarin heç olmazsa sertifikasiyadan bir neçə ay əvvəldən müvafiq saytlarda açıqlanması ,digər süa müayinəsi üsullarına aid sualların ümumiləşdirici suallar olmasıdır. Əks təqdirdə sertifikasiya komissiyası tələb və təkliflərimizi eşitməzsə, onların tələblərinə cavab vermək üçün 6-12 aylıq səviyyəli , maddi təminatlı (dövlət və ya özəl sektorda çalışmaqdan asılı olmayaraq iş yerlərimizin saxlanilması və maaşlarımızın ödənılməsı şərti ilə) kurslar təşkil etsinlər.



Cегодня Nigar рассчитывает на вас

Nigar Sayadova нуждается в вашей помощи с петицией «Sehiyye Nazirliyi: ANALOGU OLMAYAN IMTAHANA STOP DEYEK!!!». Nigar и 145 участников этой кампании рассчитывают на вас сегодня.