Qarabağı Azad edək!

0 людей подписали. Следующая цель: 5 000


      Hazırkı şəraitdə iqtisadiyyatın bərpa edilməsi, müharibə üçün güclü kapitalın toplanması və beynəlxalq birliyin torpaqların geri qaytarılması üçün hərəkətə keçməsinə nail olunması əsas məsələdir. Azərbaycan tərəfi bu addımları atdığı halda masada əlidolu şəkildə oturmuş olacaq. Bu gün əyləşdiyimiz masada diktə edən tərəf biz deyilik, biz diktə ediləni dinləyən tərəfik. Baxmayaraq ki, haqlı olan bizik. Yaranmış situasiyadan, sadəcə, Rusiya səmərəli istifadə edir.

      Hər halda, 1992-ci ildə Azərbaycanın heç bir imkanı olmayan bir zamanda Azərbaycan vuruşurdu və özü də müvəffəqiyyətlə vuruşurdu. İndi hər bir imkanımızın olduğu, hərbi maşın parkımızın yeniləndiyi bir vaxtda Azərbaycan savaşa tam hazırdır. Silahının qıt olan vaxtı vuruşan millət indi ən axırıncı model silahlarla silahlanıb.

      İllərdi danışıqlar gedir.Siz də təsdiq edirsiniz ki, dünya gücləri savaşa da icazə vermir. Deməli, münaqişənin həllində dalana dirənmişik. Lakin əslində bu konfliktin bir həll yolu var, o da savaşdır. Danışıq yolu ilə heç bir işğal olunmuş torpaq azad edilməyib. Xüsusən də erməni kimi həyasız bir işğalçı ilə ancaq və ancaq danışmağın bir yolu var: güc, savaş yolu.

Dişlərimizi sıxıb savaşmalıyıq və bu savaşda hər şeyi gözə alaraq qələbə çalmalıyıq!