SMS-icazə ləğv olunsun

SMS-icazə ləğv olunsun

0 kişi imzaladı. Hedefimiz 1.500.


Biz “Evdəqal” kampaniyasının yanlış olduğunu düşünür və dövlətə bunu ləğv etməsini təklif edirik. Tibb Universitetinin bir sıra elmi işçiləri və həkimlərinin də göstərdiyi bir çox səbəblər vardır ki, bunlar nəzərə alındıqda bunun elə də effektli olmadığı müşahidə edilir:

1.Bütün dünyada, o cümlədən Azərbaycanda da COVİD-19 pandemiyasına qarşı aparılan müalicə tədbirləri protokola əsasən immun sistemin möhkəmləndirilməsinə yönəlmiş preparatları uyğun görməkdədir. Yəni, antiviral dərmanların elə bir effektinin olmaması ÜST tərəfindən belə təsdiqini tapmaqdadır. Belə olduğu halda insanların immun sisteminə ciddi mənfi təsir göstərə bilən ev şəraitində qapanma kimi preventiv tədbir uyğun görülməməkdədir, bu tədbirlər mənfi nəticələrə gətirib çıxara bilər;

2.SMS icazə və həftəsonu qadağaları qüvvəyə mindikdən sonra yeni yoluxma sayında elə də kəskin azalma müşahidə olunmur;

3.Evdə qalıb özünü qorumaq ilə çöldə özünü qorumaq arasında balans olması gərəklidir. Amma bu, müşahidə olunmur - marketlər, banklar, bankomatlar və ictimai nəqliyyatlarda sıxlıq yaranır və daha çox yoluxma baş verir. Evdə qalıb qorunmağın, amma ictimai məkanlarda bunun təmin edilməməsinin effekti olmur.

4.İş yerlərinin bağlanması və əhalinin çox hissəsinin 190 manatlıq birdəfəlik müavinət ala bilməməsi imkansızlığın sürətlə yayılmasına səbəb olur. Bu da öz növbəsində immun sisteminə mənfi təsir göstərən stresin artmasına səbəb olur.

Bununla yanaşı, əhali arasında virusa laqeyd yanaşma ilə mübarizə aparılmalı və maarifləndirici kampaniyalar keçirilməlidir. Vətəndaşların gigiyenik qaydalara daha yaxşı riayət edə bilməsi üçün spirtlərin, tibbi əlcəklərin, maskaların qiymətləri endirilməli və bəzən də pulsuz paylanmalıdır.
Sərt karantin qaydalarından imtina edilərək müvafiq sahənin mütəxəssisləri tərəfindən vətəndaşlara mövcud vəziyyətdə necə yaşamalı olduqlarını öyrətməyə səy göstərilməlidir.

Ona görə də bu qadağaları yenidən nəzərdən keçirərək, effektiv yöndə dəyişikliklər etməyi təklif edirik.