Azərbaycan sərhədləri vətəndaşlar üçün açılsın!

Azərbaycan sərhədləri vətəndaşlar üçün açılsın!

0 kişi imzaladı. Hedefimiz 1.000.


Bildiyiniz kimi, Covid-19 pandemiyası səbəbindən Azərbaycanda mart ayından bəri sərhədlər bağlıdır, bu səbəbdən həmin dövrdə xaricdə olan Azərbaycan vətəndaşları vətənə qayıda yaxud xaricdə yaşayan vətəndaşlarımız evlərinə gedə bilmirlər. Son dövrlərdə yoluxma sayının artması və Operativ Qərargahın bununla bağlı gördüyü tədbirləri yüksək qiymətləndiririk, lakin həm xaricdə qalmış azərbaycanlıların vətənə qayıda bilməməsi ilə onların öz vətəndaşı olduğu ölkəyə daxil olmaq hüququnu, həm də xaricdə yaşayan və Azərbaycanda qalmış vətəndaşların ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasını düzgün hesab etmirik. Müvafiq sanitar-gigyena qaydalarına əməl olunmaqla uçuşların bərpasını və sərhədlərin açılmasını, həmçinin bu dövrdə turistlərin ölkəyə daxil olmasına icazə verilməməsini tələb edirik.