

Hörmətli cənab nazir Ramin Quluzadə!
Bildiyiniz kimi vətəndaşlar ilə operatorlar arasında hər zaman əsas bir narazılıq var. Vətəndaşlar istifadəçisi olduqları operatorlar tərəfindən ciddi şəkildə "sms tapmacasına" ,"sms aldatmacasına" məruz qalır. Istifadəçilər niyə görəsə bilməyərəkdən hansısa xidmətə abunə olurlar. Bunlar provayderlərin təklif etdiyi xidmətlərdir. Bu "sms aldatmacası"nın qurbanı istənilən şəxs ola bilər.
Vətəndaş balansından şübhələnəndən sonra operatora müraciət edir, o zamana qədər də artıq həmin şəxsin balansından nə qədər vəsait silinmiş olur.
Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı məqsədl yönlü siyasətə ziddir. Cənab prezident nitqlərində dəfələrlə vurğulayıb ki, əhaliyə göstərilən xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan imtina edilməklə tam şəffaf müstəvidə həyata keçirilməlidir.
Xahiş edirik bu problemlərin həllində əhaliyə köməklik göstərəsiniz.